Azərbaycan diasporu festivalda Vətəni təmsil edib
Ukraynanın müstəqilliyinin 30-cu ildönümünə və Dövlət bayrağı gününə həsr olunmuş “Biz fərqliyik, amma birik. Biz sənin övladlarınıq, Ukrayna!” şüarı ilə keçirilən “Etnik Çələng” («Етнічний віночок») festivalında Azərbaycan diasporunun simasında Vətənimizi Ukrayna Azərbaycanlıları Radası təmsil edib. Bayram tədbirində iştirak edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov festivalın fəxri qonağı olan Desnyansk rayon adminstrasiyasının rəhbəri Dmitri…










