“Bu, Rusiya üçün başağrısına çevriləcək”

“Çin hərbi qüdrətini getdikcə artırır. Mövcud vəziyyət Vaşinqtonu ciddi narahat edir. Amerika kəşfiyyatının kosmik izləmə vasitəsilə gəldiyi qənaət budur ki, Çin ərazisində nüvə silahının saxlandığı şaxtaların sayı artır”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Çin nüvə silahının sayına görə ABŞ-la yarışarkən bu vəziyyət Rusiyadakı siyasi dairələri də narahat etməyə başlayıb: “Rusiyalı ekspertlərin sözlərinə…

ABŞ “Delta” ştammını dəf edə biləcək

ABŞ SARS-CoV-2-nin ilk dalğasını dəf edə bildiyi kimi ölkədə yeni koronavirusun “Delta” variantının sürətlə yayılmasını dayandıra bilər. Bu barədə jurnalistlərin qarşısında çıxış edən ABŞ prezidenti Co Bayden bildirib. Dövlət başçısı bildirib: “Orijinal COVID-19-u məğlub etdiyimiz kimi, Amerika “Delta” ştammını da məğlub edə bilər”. O qeyd edib ki, son yeddi ay ərzində Amerika hakimiyyəti “COVID-19-dan ölüm…

“Rus bazaları çıxarılmalı, dərhal danışıqlar başlamalıdır”

Moldova Rusiya ilə bütün istiqamətlərdə dialoqu bərpa etməlidir. Bunu Moldova Prezidenti Maya Sandu deyib. Onun sözlərinə görə, danışıqlar dərhal başlamalıdır. Sandu əməkdaşlıq mövzusunda müzakirələrin hökumətlər və bəlkə də iki dövlətin başçıları səviyyəsində aparılacağını söyləyib. Sandu ümid edir ki, ölkələr ikitərəfli münasibətlərin bütün mövcud problemlərini müzakirə edə biləcəklər. “O vaxt başlayan dialoq (2019 -cu ildə) davam…

BMT yenidən Azərbaycan və Ermənistana çağırış etdi

BMT iki ölkənin sərhədində davam edən toqquşmaları nəzərə alaraq, Azərbaycan və Ermənistanı təmkinliliyə çağırır. Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Xak keçirdiyi brifinqdə bildirib. “Biz tərəfləri israrla təmkinliliyə, gərginliyin artmasına aparan hərəkətlərdən çəkinməyə və dialoq prosesində yaranan məsələləri həll etməyə çağırmaqda davam edirik”, – o deyib.

Mövlud Çavuşoğlu: “Ceyhun Bayramovla hər gün telefonla danışırıq”

“Fərqli ölkələrdən təkliflər var. Dünən dedik ki, Azərbaycandan bir təyyarə və 40 yanğınsöndürən avtomobil 150 nəfərlə yola düşəcək. Təyyarə 10 şəxsi heyətlə Dalaman şəhərinə eniş edib. Yanğınsöndürən avtomobillər də Gürcüstandan keçir. Onlar Türkiyəyə gəlirlər”. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, meşə yanğınları ilə bağlı Azərbaycan xarici işlər naziri Ceyhun…

İlham Əliyev və Makron Ermənistanla sərhədindəki vəziyyəti müzakirə etdilər

Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə…

Azərbaycan və BMT birgə işçi qrup yaradır

Avqustun 4-də Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə ilə BMT-nin Sivilizasiyalar Alyansının Kabinet rəhbəri və sözçüsü Nihal Saad arasında görüş keçirilib. Nazirlikdən verilən məlumata görə görüş zamanı BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinosun cari ilin iyun ayında Azərbaycana səfərinin nəticələri, səfər müddətində təqdimatı keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası və kampaniya çərçivəsində BMT-nin…

“Türkiyənin bu qərarı Rusiyanı məmnun etdi”

“Rusiya Türkiyə ilə hərbi əməkdaşlığı davam etdirməkdə maraqlıdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yuri Filipson deyib. “Rusiya və Türkiyə arasındakı əməkdaşlığın bir çox məsələlərdə inkişaf etdiyini görməkdən məmnunuq. Bura hərbi-texniki sahədə əməkdaşlıq da daxildir. Birgə layihələrin həyata keçirilməsi, xüsusən 2019-cu ildə “S-400” müdafiə sisteminin Ankaraya çatdırılması ölkələrimizin bu sahədə əməkdaşlığı hərtərəfli inkişaf etdirmək…

“Bayden Putinin tələsinə düşə bilər”

ABŞ Prezidenti Co Baydenin Rusiya iqtisadiyyatını doğru analiz etməməsi, Barak Obamanın Rusiya ilə münasibətlərə səhv yanaşmasını xatırladır və nəticədə Amerikanı tələyə salacaq. Bunu “Blumberq” agentliyi yazıb. Bayden daha əvvəl Putinin “problemlərinin” olduğunu söyləmişdi. Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya prezidentinin sərəncamında yalnız nüvə silahı və neft olduğu iddia edilir. Məqalədə qeyd olunub ki, Rusiyanın neft…

“Qarabağ” Kiprdə heç-heçə etdi

Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirir. Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağıdır. Oyun Larnaka şəhərindəki “AEK Arena”da keçirilir. Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alırlar.…