Azərbaycan diaspor nümayəndələri Qarabağda səfərdədir

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycandakı diaspor nümayəndələrindən ibarət ikinci qrup artıq Qarabağda, Şuşa şəhərində səfərdədir. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi-memarlıq incilərini, erməni vandalizminin sübutu olan “Güllələnmiş heykəllər”in olduğu meydanı, iki qardaş ölkəni – Azərbaycanla Türkiyəni bir-birinə sıx tellərlə…