“2024-cü ildə Azərbaycandan təbii qaz alacağımıza ümid edirik”

Serbiya 2024-cü ilin əvvəlində Azərbaycanın təbii qazının tədarükünün başlayacağını gözləyir. Bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç bildirib. “Serbiya sonrakı mərhələdə Cənub Qaz Dəhlizi layihəsində daha çox iştirak etdi, lakin biz bu marşrutun bir hissəsi olmaq üçün səylə çalışırıq. Bu, bizə qaz təchizatı mənbələrimizi şaxələndirməyə və onları daha təhlükəsiz etməyə imkan verəcək”, –…

“Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb”

“Hazırda Azərbaycanın enerji diplomatiyası qarşısında yeni vəzifə və tapşırıqlar müəyyən edilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ötənilki iclasında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından yaxşı nəticələr əldə olunub”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirak etmək üçün Bakıya gələn ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə…

Aİ-nin dörd ölkəsi Azərbaycandan qaz tədarükü üçün infrastrukturun inkişafına vəsait istəyib

“Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Azərbaycan təbii qazının Avropaya nəqli üçün infrastrukturun inkişafına vəsait ayrılması xahişi ilə Avropa Komissiyasına müraciət edib”. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, söhbət infrastrukturun inkişafından, yeni interkonnektorların tikintisindən və mövcud olanların ötürücülük qabiliyyətinin artırılmasından…

İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, sayca 3-cü olan “Bakı KOB evi”nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir. Üçmərtəbəli binanın ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərilməsi,…

Bolqarıstan Türkiyə ilə qaz sazişi imzalayacaq

Bolqarıstanın “Bulgargaz” şirkəti çərşənbə axşamı Türkiyənin “Botaş” dövlət şirkəti ilə mayeləşdirilmiş qaz terminallarına və Türkiyənin qaz nəqli şəbəkəsinə çıxış haqqında müqavilə imzalayacaq. Bu barədə bazar ertəsi Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. “Çərşənbə axşamı hökumət binasında müqavilə imzalanacaq. Bunun sayəsində “Bulgargaz” Türkiyənin dövlət enerji şirkəti “Botaş”ın terminallarına və qaz nəqli şəbəkəsinə çıxış əldə edəcək. Müqavilə…

Prezident 2023-cü il dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib. Bununla bağlı Prezident.az məlumat yayıb. Qanunla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 milyard 16 milyon 998 min manat, yerli gəlirləri 756 milyon 980 min manat, mərkəzləşdirilmiş…

“Ucuz enerji” dövranı keçmişdə qaldı”

“Rusiya-Ukrayna müharibəsi səbəbindən “ucuz enerji” dövranı başa çatıb”. Bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının iclasında bəyan edib. Aİ komissarı Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal təbii qaz təchizatının sərtləşdiyini və Rusiyanın boru kəməri ilə Avropaya göndərdiyi qazın miqdarının son səkkiz ayda 80 faiz azaldığını bildirib. Fon…

“Azərbaycan qaz hasilatını artırmağı planlaşdırır”

“Azərbaycan Türkmənistan ilə təbii qazla bağlı svop əməliyyatlarına başlayıb. Bu, Azərbaycanın qaz sənayesində artan tələbatı və daha böyük həcmdə qaza ehtiyacı nəzərə aldıqda bu olduqca vacibdir”. Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib. Azərbaycanın, həmçinin beynəlxalq neft şirkətləri ilə də…

“Avropanın daha 3 ölkəsi Azərbaycandan əlavə qaz almaq istəyir”

“Avropanın daha 3 ölkəsi – Rumıniya, Macarıstan və Slovakiya Azərbaycandan əlavə qaz almaq istəyir”. Bunu Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib. “Daha bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim ki, mən dünən aldığım bir təklifi cənab Əliyevlə bölüşdüm. Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi – Rumıniya,…

Serbiya Azərbaycandan elektrik enerjisi almaq niyyətindədir

Serbiya Azərbaycandan təkcə təbii qaz deyil, həm də elektrik enerjisi idxal etmək istəyir. Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyədən bu məsələdə kömək istəyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Belqrada səfəri zamanı Vuçiç məsələni gündəmə gətirib. Rusiya qazından, demək olar ki, tamamilə asılı olan Serbiya enerji mənbələrini şaxələndirmək istəyir. Serbiya Azərbaycandan təkcə təbii qaz deyil, həm də…