Ukraynada Azərbaycan diaspora rəhbərlərinə “FƏXRİ FƏRMAN” təltif olunub

“Analitika və İnformasiya Platforması” təşkilatı “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Ukraynada  Azərbaycan diaspora rəhbərlərini “Ukraynada Azərbaycan diasporasının inkişafı və möhkəmlənməsində mühüm fəaliyyətlərinə görə  “FƏXRİ FƏRMAN”  ilə təltif edib. PLATFORM4.NEWS xəbər verir ki, təltif olunan soydaşlarımız diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, Ukraynada  Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin…

Budapeşt, Praqa və Kişineuda erməni ekoterroruna etiraz edilib – FOTO

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri və könüllülərlə həmrəylik nümayiş etdiriblər. Macarıstanın paytaxtı Budapeştdə yaşayan azərbaycanlılar ölkəmizin ərazisində erməni ekoterroruna etiraz əlaməti olaraq dinc piket keçiriblər. Azərbaycanın bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!”, “Ekoloji cinayətə son!”, “Ekoloji terrora yox!”, “Ətraf mühitə bərpa…

Prezident 2023-cü il dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib. Bununla bağlı Prezident.az məlumat yayıb. Qanunla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 milyard 16 milyon 998 min manat, yerli gəlirləri 756 milyon 980 min manat, mərkəzləşdirilmiş…