Rusiya ordusuna xarici vətəndaşlığa malik şəxslər də çağırılacaq

Xarici vətəndaşlığı və ya xaricdə yaşamaq icazəsi olan Rusiya vətəndaşları ölkənin Silahlı Qüvvələrinə çağırıla biləcəklər. Bu, Rusiya Prezidenti Vladimir Putinin bazar ertəsi dərc olunan “Hərbi xidmət qaydası haqqında Əsasnamə”yə dəyişiklik edən fərmanından irəli gəlir. Əvvəllər yalnız Rusiya Federasiyasının vətəndaşı olan şəxslər hərbi xidmət keçə bilərdilər. Əcnəbilər isə yalnız əsgər, matros, çavuş və gizirlərin sıralarında müqavilə…

Zelenski Xersondan video yayımlayıb

Prezident Vladimir Zelenski rus işğalçılarından azad edilmiş Xersondan video yayımlayıb. Dövlət başçısı əsgərlər qarşısında çıxış edib. “Əziz zabitlər, əziz hərbçilər, bizim qəhrəmanlarımız. Biz doğma Ukraynanın Xerson vilayətində sizinlə birlikdə olmaqdan şərəf duyuruq. Ürəyimdə, ruhumda hərarət. Mən sizə təşəkkür etmək istəyirəm. Ukraynanı Xerson vilayətinə qaytarırıq. Biz dövlətimizi, bayrağımızı qaytarırıq. Necə ki, Xerson vilayəti bütün 9 aylıq…

Zelenski azad edilmiş Xersonda: ilk görüntülər – FOTO/VİDEO

Bazar ertəsi, noyabrın 14-də prezident Vladimir Zelenski azad edilmiş Xersona gəlib. Qeyd edək ki, Xerson martın 2-dən işğal olunub. Platform4.news  Reuters-a istinadən Zelenskinin işğaldan azad edilmiş regional mərkəzə gəlməsi haqqında bildirir. “Biz irəliləyirik. Biz sülhə, bütün ölkəmiz üçün sülhə hazırıq”, – o, hərbçilərə deyib. Zelenski həmçinin NATO və digər müttəfiqlərinə Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəklədiklərinə…

Süleyman Soylu İstanbulda törədilən terrorla bağlı açıqlama verib

Türkiyə daxili işlər naziri Süleyman Soylu İstanbulda törədilən terrorla bağlı açıqlama verərək bildirib ki, terrorçu tutulmasaydı, bu gün onu qaçaq yolla Yunanıstana keçirəcəkdilər. “Texniki telefon dinləməsindən sonra məlum oldu ki, terror təşkilatının təlimatları açıq şəkildə terrorçunu öldürməyə hesablanıb – “Ya binadan atın, ya da kanala atın”. Hadisənin necə və harada koordinasiya edildiyindən məlumatlıyıq. Bizə verilən mesajı aldıq və mesajın…

İsrail İranın aviabazasını bombalayıb

İsrail ordusu Suriyanın Hums vilayətində yerləşən aviabazaya raket zərbələri endirib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Zərbələr nəticəsində iki hərbçi ölüb, üç nəfər yaralanıb. Hərbi mənbələr “Reuters” agentliyinə bildiriblər ki, zərbələr endirilən Şayratdakı aviabaza bu yaxınlarda İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib. Raketlərin bazada uçuş-enmə zolağına düşdüyü bildirilir. Aviabaza son üç ildə Rusiya…

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Başsağlığıda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin…

Azərbaycanın Birinci vitse-prezidenti Əminə Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı verib. Başsağlığıda deyilir: “Hörmətli Əminə xanım, İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.…

Zelenski İstanbulda baş verən partlayışla bağlı türk dilində başsağlığı verdi

“İstiqlal küçəsində baş verən partlayış nəticəsində çoxlu sayda insanın öldüyü və yaralandığı xəbərini dərin hüznlə öyrəndim”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Twitter” səhifəsində türk dilində yazıb. “Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Dost türk xalqının dərdi bizim dərdimizdir”, – deyə dövlət başçısı qeyd edib.  

“Müttəfiqimiz Türkiyə ilə həmrəyik”

NATO müttəfiqi Türkiyə ilə həmrəydir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Twitter” hesabında yazıb. O, İstanbulda baş verən terror aktının görüntülərindən şoka düşdüyünü qeyd edib. “Bütün zərərçəkənlərə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. NATO müttəfiqi Türkiyə ilə həmrəydir”, – Stoltenberq sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, bu gün Türkiyədə törədilən terror aktında 81…

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 80 860 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 840 tank, 5 742 zirehli maşın, 1 837 artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 206…