Cənubi Koreya ilk dəfə olaraq KXDR-in dəniz sərhədi yaxınlığında

Cənubi Koreya qırıcıları Şimali Koreyanın ballistik raket buraxılışlarına cavab olaraq dəniz sərhəd xəttinin yaxınlığında açıq dənizə üç hava-yer raketi atıb. Mərmilərdən biri 1950-1953-cü illər Koreya müharibəsi başa çatdıqdan sonra ilk dəfə Cənubi Koreya ilə faktiki dəniz sərhədini keçib. Bunun nəticəsində KXDR ərazisində hava həyəcanı siqnalı işə düşüb. Qeyd edək ki, bir müddət öncə Şimali Koreya…

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Ankaradakı Prezidenti Administrasiyasından  verilən açıqlamaya görə, görüşdə Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib. Prezident Ərdoğan taxıl daşınmasında yaranan problemi birgə əməkdaşlıqla həll etdiklərindən məmnunluğunu ifadə edib. Həm Ukraynanın, həm də Rusiyanın taxıl məhsullarının bütün dünya üçün kritik əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı…

Ərdoğan Prezident İlham Əliyevlə Azərbaycan qazının Avropaya nəqlini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı televiziya proqramında canlı yayımda mühüm açıqlamalar verib. O, bir çox məsələlərlə yanaşı, taxıl dəhlizi və ölkədə qaz qovşağının yaradıması barədə də danışıb. Dövlət başçısı son 24 saat ərzində Rusiya və Ukrayna prezidentlərilə danışıqlar aparıdığını və dəhlizin fəaliyyətini bərpa etdiyini bildirib. Türkiyə Prezidenti ölkədə mümkün qaz qovşağının yerləşəcəyi məkanı da açıqlayıb. “Cənab…

“Bayden növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir”

ABŞ lideri Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir. Bu barədə  Ağ Evin böyük müşaviri və prezidentin köməkçisi Anita Dann “Axios” informasiya portalının təşkil etdiyi konfransda bildirib. “Biz bu məsələ ilə bağlı qabaqcadan mühakimə yürütmək fikrində deyilik. Lakin o, namizədliyini irəli sürmək niyyətini açıqlayıb. Biz bəzi planlar hazırlayırıq”, – deyə Dann bəyan…

Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara müraciət edib

Azərbaycanın Kiyevdəki səfirliyi Ukraynadakı mövcud durumla bağlı vətəndaşlara müraciət edib. PLATFORM4.NEWS xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində məlumat paylaşılıb. “Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 396 saylı 18 oktyabr 2022-ci il tarixli Qərarı ilə əlaqədar səfirliyin konsulluq şöbəsinin iş qrafikində keçici dəyişiklik edilmişdir. Konsulluq qəbulu 6,…

Ölkə başçısından Ermənistan və Fransanın oxşar işğal siyasəti haqqında AÇIQLAMA

“Bu gün Mücahidlər Müzeyini ziyarət edərkən belə bir məlumat verildi ki, Fransa işğalı zamanı fransızlar torpağa 5 milyondan çox mina basdırıblar”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında çıxışında söyləyib. “Bu, mənə eyni bizim üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz mənzərəni xatırladır. Ermənilər bir milyondan çox minanı işğal…

“Torpaqlarımızın işğalı illərində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik”

Azərbaycan da Əlcəzair kimi zamanla işğala məruz qalıb. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayıb. Biz bu illər ərzində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında çıxışında söyləyib. “Biz həmin müddətdə İslam Əməkdaşlıq Təşkilatının üzvlərinin də dəstəyini gördük”, – deyə…

İsveçlə Finlandiyadan Türkiyə və NATO barədə AÇIQLAMA

“İsveç ilə Türkiyə arasında Ankara səfəri ilə bağlı razılıq əldə olunub”. Bu barədə İsveçin baş naziri Ulf Kristersson bildirib və səfərin tarixi ilə bağlı daha sonra açıqlama verəcəyini əlavə edib. İsveçli nazir onu da bildirib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı birgə hərəkət etməsi təbiidir. Finlandiyanın baş naziri Sanna Marin isə deyib:…

“Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib”

“Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib”. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib. “Azərbaycan 30 il ərzində işğaldan əziyyət çəkib. İki il əvvəl Azərbaycan münaqişəyə son qoydu. Biz ölkəmizi işğaldan azad etdik. Biz torpaqlarımıza qayıtdıq”, – dövlət başçısı bildirib.

“Fransanın Əlcəzair xalqına qarşı etdiyi qətliam dünyanın unutmamalı olduğu hadisədir”

“Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib”. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib. Əlcəzairə səfəri çərçivəsində Şəhidlər…