NATO baş katibindən Rusiyaya xəbərdarlıq

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya qarşı işğal əməliyyatından danışıb. O, müharibəni Rusiya Prezidenti Vladimir Putinin başlatdığını vurğulayıb. “Rusiya anlamalıdır ki, nüvə müharibəsinin qalibi olmayacaq. Bu müharibəni Putin başladıb. Bu, onun seçimi idi. İstəsə, sabah bu müharibəni bitirə bilər”, – deyə NATO baş katibi bildirib.

BMT baş katibi Ərdoğana taxıl dəhlizinin bərpasına görə təşəkkür edib

BMT baş katibi Antoniu Quterreş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında taxıl dəhlizinin bərpası üçün göstərdiyi səylərə görə Türkiyənin dövlət başçısına təşəkkür edib. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi və taxıl dəhlizi ilə bağlı yeniliklər müzakirə edilib. Türkiyə Prezidenti, Rusiya və Ukrayna ilə…

Makronun reytinqi son iki ilin ən aşağı səviyyəsinə düşüb

Fransa prezidenti Emmanuel Makronun etimad reytinqi iki ayda 6 faiz bəndi azalaraq 32 faiz təşkil edib. “Echos” və “Radio classique” nəşrləri üçün sosioloji sorğu keçirən “Elabe” şirkətindən verilən məlumata görə, Fransa liderinin reytinqi koronavirus pandemiyasının yaratdığı böhranın başlanğıcından bəri bu qədər aşağı olmayıb. Makronla yanaşı, baş nazir Elizabet Born və hökumətin digər üzvlərinin reytinqi də…

Aİ Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynaya verilməsini müzakirə edəcək

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Qərbin Ukraynaya yardımı çərçivəsində Rusiya Mərkəzi Bankının dondurulmuş və müsadirə olunmuş aktivlərini Ukraynaya vermək ideyası tezliklə Aİ tərəfindən nəzərdən keçiriləcək. Məlumata görə, artıq ekspertlər məsələnin hüquqi tərəfləri üzərində işləyirlər. Bu təşəbbüs çərçivəsində hələlik aktivlərin yalnız Avropada həbs edilmiş hissəsinin Ukraynaya göndərilməsi planlaşdırılır. Müzakirələrin dəqiq tarixi açıqlanmır.

London Rusiya neftinin nəqli üzrə xidmətlərə qadağa qoyacaq

Böyük Britaniya Rusiya neftinin Qərb ölkələri tərəfindən müəyyən edilmiş maksimum qiymətə və ya ondan aşağı qiymətə alınmadığı təqdirdə daşınması üzrə xidmətlərin göstərilməsinə qadağa tətbiq edəcək. Bu barədə cümə axşamı Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant bildirib. Məlumata görə, qadağa dekabrın 5-dən qüvvəyə minəcək və Böyük Britaniyada fəaliyyət göstərən şirkətlər tərəfindən göstərilən xidmətlərə, o cümlədən sığorta,…

Ukrayna tərəfi Rusiyanın “Taxıl sazişi”nə qayıtmasına aydınlıq gətirib

“Moskva “Taxıl sazişi”nə “kimsə ona bəzi zəmanətlər verdiyi üçün” qayıtmayıb. Ona görə qayıdıb ki, BMT baş katibi və Türkiyə prezidenti tərəfindən ona çox sayda pərdəarxası diplomatik təsirlər göstərilib”. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib. Nazir həmçinin təsdiq edib ki, Kiyev, həqiqətən də, “Taxıl sazişi” çərçivəsində humanitar dəhlizlərdən hərbi məqsədlər üçün istifadə…

Çexiya parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb

Çexiya parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb. Bu barədə yerli “Ceske Noviny” qəzeti məlumat yayıb. Məlumata görə, qanunverici orqan Rusiya Federasiyasını terrorçuluğu himayə edən dövlət kimi tanıyan müvafiq qətnamə qəbul edib. Bundan əvvəl Estoniya və Polşa parlamentləri də Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanımışdı.

“Ermənistan və Fransanın işğal siyasətindəki paralellər”

Azərbaycan Prezidenti İlham Əliyev fəxri qonaq kimi dəvət edildiyi Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına qatılmaq üçün Əlcəzairə səfər edib. Bu barədə Türkiyənin Haber Global telekanalının hazırladığı süjetdə məlumat verilib. Bildirlib ki, tədbirin açılış mərasimində çıxış edən dövlət başçısı Ermənistanın Qarabağdakı işğal siyasətilə Fransanın Əlcəzairdə törətdiyi müharibə cinayətləri arasında paralellər aparıb. Prezidenti İlham Əliyev Ermənistanın bu yaxınlaradək işğal altında…

İsveçrə İran rəsmilərinə qarşı sanksiyalar tətbiq etdi

İsveçrə Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi dəstəyə görə İranın bir şirkətinə və üç rəsmi şəxsinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. İsveçrə hökuməti bildirib ki, SEPAH-ın Aerokosmik Qüvvələrinə bağlı “Şahid Hava Şirkəti”, Hüccətullah Qureyşi, Səid Ağacani və Silahlı Qüvvələrin Birləşmiş Qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Baqiriyə qarşı sanksiyalar tətbiq edib.…

Zelenskini Almaniyada “Kiçik Napoleon” adlandırdılar

“Güzəştə getmək əvəzinə qələbə əldə etmək istəyən Ukrayna lideri Volodimir Zelenski “2022-ci ilin kiçik Napoleonu”dur”. Bu fikri Reynhard Lauterbax adlı jurnalist “Junge Welt” üçün yazdığı məqalədə qeyd edib. Almaniyadan olan müəllifin fikrincə, Ukrayna prezidenti qələbəni NATO-nun köməyi ilə qazanmaq niyyətindədir. “Onun itirəcək heç nəyi yoxdur: danışıqlar yolu ilə əldə edilən sülh onun üçün siyasi və…