Fransada yaşayan azərbaycanlılar bəyanat yaydılar

Fransada yaşayan azərbaycanlılar bəyanat yayıblar. Bəyanatda deyilir: “Biz, Fransa azərbaycanlıları Fransa Milli Assambleyası tərəfindən 28 noyabr 2022-ci il tarixində müzakirəyə çıxarılacaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etməyən və regionda sülhyaratma prosesinə kölgə salan 388 saylı qətnamə layihəsini hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edərək qəti etirazımızı bildirir və layihə müəlliflərinin belə…

Prezident Bişkekdə imzalanan sənədi təsdiq etdi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol təsdiq edilib. Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənəd 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb.

“Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir”

“Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. “Azərbaycan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq regionda kommunikasiyaların açılması istiqamətində praktiki…

Ermənistanın Oxçuçay terroru davam edir

Qafan və Qacaran kimi şəhərlərdən çaya axıdılan məişət suları çirklənmə səviyyəsini daha da yüksəldir   30 illik işğal dövründə Ermənistan Azərbaycanın yalnız tarixi, mədəni abidələri, yaşayış məskənlərini dağıtmaqla kifayətlənməyib, hətta öz xislətini Qarabağın ətraf mühitinə, təbii sərvətlərinə külli miqdarda ziyan vurmaqla da göstərib. Bu dövrdə həmin ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif xarici şirkətlər tərəfindən qanunsuz istismara…

NATO Rusiyanı terrorçu dövlət kimi tanıdı

NATO Parlament Assambleyası (PA) Rusiyanı terrorçu dövlət kimi tanıyıb və rusiyalıların cəzalandırılması üçün xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb. Bu barədə hakim “Xalqın xidmətçisi” partiyası “Telegram”da məlumat verib. “NATO-nun bütün 30 ölkəsi nümayəndə heyətimizin təklifini dəstəkləyib. Belə bir tribunal təkcə  hərbi cinayətkarların birbaşa iştirakçılarını deyil, həm də Rusiyanın ali rəhbərliyini mühakimə etməyə imkan verəcək. Qətnamə NATO-ya…

“Ermənistan sülhün dəyərini anlamalı və Azərbaycanla münasibətləri normallaşdırmalıdır”

“Ermənistan sülhün dəyərini anlamalı və Azərbaycanla münasibətləri normallaşdırmalıdır”. Bunu jurnalistlərə açıqlamasında Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran deyib. “Ermənistan sülhə razılaşmalı, Zəngəzur dəhlizini açmalı, ərazilərin minalanmasını dayandırmalı, sərhədi delimitasiya etməli və Azərbaycanla münasibətlərin normallaşdırılması üzərində işləməlidir”, – o bildirib. Amerikalı ekspert vurğulayıb ki, insanların azad edilmiş Azərbaycan ərazilərinə qayıtmağa başladığını görmək çox həyəcanlı və…

Türk Hava Yolları Rusiyadan çarter reyslərini ləğv edib

Türk Hava Yolları Kalininqraddan Antalyaya qış çarter reyslərini ləğv edib. Bu barədə Xrabrovo hava limanının mətbuat xidməti xəbər verib. “Xrabrovo Hava Limanı Türk Hava Yollarından 22 noyabr 2022-ci il tarixindən 24 mart 2023-cü il tarixədək Antalyaya əvvəlcədən razılaşdırılmış reyslərin ləğvi ilə bağlı bildiriş alıb”, – deyə mətbuat xidmətindən bildirilib. Hava Limanı İdarəsi qeyd edib ki,…

Stoltenberq NATO-nun Ukraynada niyə uçuşa qadağa zonası yaratmadığını izah edib

NATO ölkələri Ukraynadakı münaqişənin tərəfinə çevrilməmək üçün çox diqqətlidirlər, ona görə də uçuşa qadağa zonası yaratmağa çalışmırlar, hava hücumundan müdafiə sistemlərini Kiyevə ötürürlər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Madriddə alyansın parlament assambleyasının iclasında bildirib. “Bu, NATO ölkələri üçün çox vacibdir, lakin biz Ukraynada qoşun yerləşdirməyə başlasaq, münaqişənin bir hissəsi olacağıq. Buna baxmayaraq, NATO ölkələri…

Azərbaycanda İnsan Hüquqlarının qorunmasında Ombudsmanın 20 illik keçdiyi ŞƏRƏFLİ YOL

Hüquqi demokratik bir dövlət kimi Azərbaycan Respublikasında aparılan məqsədyönlü islatların əsasını insan hüquq və azadlıqlarının qorunması və bu yolda aparılan uğurlu addımlardır. Müstəqil dövlət olaraq hüquqi islahatlarımızın təməli milli dövlətçilik tariximiz üçün layiqincə öz töhvəsin vermiş ümumilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyularaq yaradılmışdır. Heydər Əliyev hər birimizin zaman-zaman tarix boyu arzulayıb görmək istədiyi milli…