Bazar ertəsi, noyabrın 14-də prezident Vladimir Zelenski azad edilmiş Xersona gəlib.
Qeyd edək ki, Xerson martın 2-dən işğal olunub.
Platform4.news Reuters-a istinadən Zelenskinin işğaldan azad edilmiş regional mərkəzə gəlməsi haqqında bildirir.
“Biz irəliləyirik. Biz sülhə, bütün ölkəmiz üçün sülhə hazırıq”, – o, hərbçilərə deyib.
Zelenski həmçinin NATO və digər müttəfiqlərinə Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəklədiklərinə görə təşəkkür edib.
Daha sonra Ukrayna lideri Xersonda olduğunu təsdiqləyib. Səfərdən foto Telegram-da yayımlanıb.
Zelenski yazıb: “Xerson Ukraynadır”.