Kiyevə raket zərbələri. Ölən və yaralananlarla bağlı məlumat – Foto

Kiyevdə raket hücumları nəticəsində 5 nəfər ölüb. Daha 51 nəfər yaralanıb. Onlardan 42-si xəstəxanaya yerləşdirilib. Rusiya raketləri paytaxtın bir neçə rayonunu vurub. Xüsusilə şəhərin mərkəzi hissəsini. Bu barədə Kiyev şəhərində yaşayan, Platform4.news  saytının baş redaktoru Qulu İbrahimov məlumat verib. Onun sözlərinə görə, ruslar şəhərin bir neçə kritik infrastrukturunu vurublar. Raket hücumları nəticəsində Kiyevin mərkəzində ali…

Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazandılar

İtaliyanın Yezolo şəhərində keçirilən uşaq, yeniyetmə və gənclərin dünya çempionatında Azərbaycan kikboksçuları 20 medal qazanıblar. Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Low kick” növdə Şükür Aslanlı (-42 kq), Mahmud Hüseynov (-57 kq), Nicat Ələkbərli (-63,5 kq), Səfərəli Vəhədov (-71 kq), Gülməmməd Səfərli (+81 kq), Elton Hüseynov (+91 kq) və “Full contact”da Murad Məmmədov (-60…

Ukrayna Prezident Ofisindən Krım körpüsündəki partlayışla bağlı paylaşım

“Krım, körpü, başlanğıc…” Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Krım körpüsündə baş verənləri özünün “Twitter” hesabında şərh edərkən bildirib. “Qeyri-qanuni olan hər şey məhv edilməli, oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır, Rusiya tərəfindən işğal olunmuş hər şey məhv edilməlidir”, – deyə Podolyak yazıb. Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın materik hissəsindən Krıma gedən…

Krım körpüsündə baş verən partlayış anı videoya düşüb

Sosial şəbəkələrdə Krım körpüsündə baş verdiyi iddia edilən partlayışın videosu yayımlanıb. Krım körpüsü ilə nəqliyyatın hərəkəti tamamilə bağlanıb. Partlayış anının videosu, Rusiyanın Astra layihəsi tərəfindən Telegram-da yayımlanıb. Rusiyanı müvəqqəti işğal olunmuş Ukrayna Krımı ilə birləşdirən Krım körpüsündə yolun bir hissəsi dağıdılıb. Yanacaq çənləri yanır, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirib.  

“Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər”

“Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, amma hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək…

“Azərbaycanla sülh müqaviləsi imzalayın”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırıb. Dövlət başçısı bunu Praqada mətbuat konfransı zamanı bəyan edib. O, qeyd edib ki, Türkiyə Ermənistanla normallaşma prosesində heç bir ilkin tələb irəli sürmür. “Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda sülh müqaviləsini imzalayın deyirik. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz”, –…

“Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır”

“Erməni silahlı birləşmələri bu günə qədər bizim torpağımızdan çıxarılmayıb. Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma onlar torpağımızda hələ də mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq”. Bu fikirləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində səsləndirib. Dövlətimizin başçısı deyib: “Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır!…

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirir

ABŞ administrasiyası İrana qarşı sanksiyaları genişləndirərək iki nazir də daxil olmaqla daha 7 məmurun adını siyahıya daxil edib. Bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirib ki, ilk növbədə İranın daxili işlər və informasiya-kommunikasiya texnologiyaları nazirləri – Əhməd Vahidi və İsa Zarepurun adları Amerikanın “qara siyahı”sına salınıb. “Məhdudiyyətlər İran hökuməti və…

Zelenski NATO-nu Rusiyanın mümkün nüvə zərbəsinə qarşı qabaqlayıcı tədbirlər görməyə çağırdı

NATO ölkələri Rusiyanın nüvə silahından istifadə etməsi halında öz təzyiq üsullarına yenidən baxmalıdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Biz görürük ki, bu adamlar (rusiyalılar – red.) belə dəhşətli addımlar atmağa qadirdirlər. NATO nə etməlidir? Rusiyanın nüvə silahından istifadəsinin qarşısını almaq lazımdır. Önəmli olan, qabaqlayıcı zərbələrdir ki, onların başına nə gələcəyini bilsinlər. NATO öz təzyiq…

“Növbəti illərdə biz Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırırıq”

“Biz öz enerji layihələrimizi uzun illərdir icra edirik. Sadəcə olaraq, dünyada indiki geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırıb. Tale belə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı”. Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib. Dövlətimizin başçısı deyib ki, biz bu il Avropaya qaz ixracını…