Azərbaycanlılar BMT-nin Cenevrədəki ofisinin qarşısında sərgi-aksiya keçiriblər

Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutun (IRDG) təşkilatçılığı ilə BMT-nin Cenevrədəki mənzil-qərargahının qarşısında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina probleminə və Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə həsr olunmuş sərgi-aksiya keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı “Ermənistan, itkin düşmüş azərbaycanlılar barədə məlumat ver!”, “Ermənistan hərbi cinayətlər törətməkdə davam…

Prezident və Birinci vitse-prezident Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər

Oktyabrın 4-də Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım atlara baxış keçirdilər. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Atçılıq Nəsilartırma Mərkəzi barədə məlumat verildi. Qeyd olundu ki, mərkəzin konsepsiyası “Reflect Architechts” şirkəti tərəfindən hazırlanıb. Potensial…

İlham Əliyev və Mehriban Əliyeva Ağdamın Kəngərli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Oktyabrın 4-də Ağdam rayonunun Kəngərli kəndinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlərlə bağlı məlumat verdi. Kəndin inkişaf planı barədə videoçarx nümayiş…

İlham Əliyev bir qrup idman mütəxəssisini təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər: “Şöhrət” ordeni ilə Həsənov Tərlan Əliheydər oğlu Rəcəbli Əhməddin İzət oğlu “Tərəqqi” medalı ilə Kələntərov Ceyhun Musa oğlu. Dövlət başçısının digər sərəncamı ilə bir qrup idman mütəxəssisinə…

Azərbaycan icması Torontoda piket keçirib

Kanadanın Toronto şəhərində yaşayan Azərbaycan icması Ermənistanın törətdiyi son təxribatlara və apardığı təcavüzkar siyasətə etiraz məqsədilə piket keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Aksiya “Vətən” Mədəniyyət və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə şəhərin izdihamlı Mel Lastman meydanında baş tutub. Azərbaycan, Türkiyə və İsrail bayraqlarının dalğalandırıldığı piketdə dost xalqların nümayəndələri, o cümlədən yəhudi və…

Xersonun kəndində Ukrayna bayrağı qaldırıldı

Ukraynanın Xerson vilayətinin Mirolyubovka kəndində Ukrayna bayrağı qaldırılıb. Bununla bağlı kadrlar Ukrayna Müdafiə Nazirliyinin “Telegram” kanalında yayımlanıb. Görüntülər 128-ci Dağ Hücum Briqadası tərəfindən qeydə alınıb. Bildirilib ki, Ukraynanın cənubda Rusiya işğalına qarşı hücumlar davam etdirilir.

Rəsmi Bakıdan Ukraynanın ərazi bütövlüyü ilə bağlı AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın ərazi bütövlüyü ilə bağlı açıqlama verib. XİN-in mətbuat katibi Leyla Abdullayeva  açıqlamasında mövzu ilə bağlı danışıb. “Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur”, – deyə o əlavə edib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin…

“Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinə start verilir

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müssabiqəsi” çərçivəsində “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin icrasına başlanılır. Rezonans.az xəbər verir ki, layihə “Azərbaycan İncəsənət Məktəbi”, “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyinin təşkilatı dəstəyilə Bakı şəhəri Yasamal rayonu 53 №-li tam orta məktəbi tərəfindən icra olunur. İcra müddəti 6…