“Dünyada güc balansı dəyişir”

“Bəşəriyyət olaraq güc balansının dəyişdiyi bir dövr yaşayırıq və iqtisadiyyatdan ərzaq təhlükəsizliyinə qədər bir çox sahədə ciddi çağırışlar qarşısındayıq”. Bu sözləri Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının iclasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan xatırladıb ki, Türkiyə uzun müddətdir dünyanın beşdən daha böyük olduğunu söyləyir və…

“Ərazilərin minalardan təmizlənməsi üçün təxminən 30 il və 25 milyard dollar lazımdır”

“Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb”. Bununla bağlı Prezident İlham Əliyev Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən…

“Ermənistan Azərbaycana kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir”

“İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi”. Bununla bağlı Prezident İlham…

Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdıracaq

“Qazaxıstan və Türkiyə dövlətlərarası ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir”. Bu barədə Astanada keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayev bildirib. Onun sözlərinə görə son 15 ildə Ankara Qazaxıstana 4,35 milyard dollar sərmayə qoyub. “Ölkəmiz isə Türkiyəyə 1,13 milyard dollar sərmayə qoyub. Türkiyə Qazaxıstanın ən böyük 10 investoru sırasındadır”,…

Aİ Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə missiya göndərəcək

Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə missiya göndərmək qərarına gəlib. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. “Fransa Prezidenti Emmanuel Makron və Aİ şurası sədri Şarl Mişelin təşəbbüsü ilə Praqada görüş olub, orada razılaşdırılıb ki, Aİ missiyası faktları öyrənmək üçün Ermənistana səfər edəcək və sonra yəqin ki, hesabat verəcək”, – Mirzoyan Rusiya xarici işlər…

“Tezliklə sülh müqaviləsi imzalana bilər”

Əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsi imzalana bilər. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü zamanı deyib. Dövlət başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üzrə ölkəmizin təkliflərini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa, tezliklə…

Prezident İlham Əliyev qırğızıstanlı həmkarına təşəkkür etdi

“Bu məktəbə Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin adının verilməsi qərarına görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirirəm. Biz bunu xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzi, Heydər Əliyevin xatirəsinə ehtiram kimi dəyərləndiririk”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib. “Sadır Nurqojoyeviçin də qeyd etdiyi kimi, bu gün biz daha…

Almaniya Ukraynaya vəd etdiyi HHM sistemini təhvil verdi

Almaniya Ukraynaya vəd edilmiş dörd “Iris-T SLM” hava hücumundan müdafiə sistemlərindən birincisini təhvil verib. Təhvilvermə prosesi Polşa-Ukrayna sərhədi yaxınlığında baş tutub. “Diehl Defense” şirkəti tərəfindən hazırlanan silah Almaniyada ən müasir hava hücumundan müdafiə sistemidir. Quruda yerləşən zenit sistemi ilk növbədə Rusiya ordusunun hava zərbələrini dəf etməklə mülki əhalinin müdafiəsi məqsədi daşıyır. Böyük şəhərlərin də hava…

“Rusiyada inqilabi proseslər baş verəcək”

“Beynəlxalq birliyin əsas ölkələri başa düşməyə başladılar ki, Rusiya artıq bu formada mövcud olmamalıdır. Rusiya Federasiyası Ukraynaya qarşı başlatdığı müharibədə uduzmalıdır”. Bu fikirlə Volodimir Zelenskinin Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib. O, bu barədə Volodimir Zelenskinin videokonfransda çıxışından sonra G7 liderlərinin birgə kommünikesini şərh edərkən deyib. “Cavabını tapmayan yeganə sual beynəlxalq birliyin Ukraynanı mümkün…