Prezident bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı təklif edib

“Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizcə, bunun arası kəsilməməlidir”. Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib. “Nazirlər tezliklə ikinci dəfə görüşməlidir və biz təklif etdik ki, bundan sonra hər iki ölkənin işçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin…

“Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var”

“Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir”. Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib. Avropa İttifaqının Azərbaycan üçün çox önəmli tərəfdaş olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, yeni saziş üzərində iş aparılır. “Sazişin böyük əksəriyyəti artıq…

“Qarabağ regionu Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevriləcək”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük potensialı var və Qarabağ regionu ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevriləcək”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib. Dövlət başçısı bildirib ki, işğaldan azad edilmiş ərazilər bərpa olunan…

Dünya azərbaycanlıları Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycan diaspor təşkilatları Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bəyanatda deyilir: “Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi xəbərini dərin hiddətlə qarşılayır və bu reallığı Ermənistanın növbəti hərbi cinayətinin ifşası kimi dəyərləndiririk.…

Ağdam bir ilkə ev sahibliyi etdi – VİDEO

İşğal dövründə viran qalan Ağdam üçün yeni bir dövr başlayır. Belə ki, cəmi iki ildə şəhərin müxtəlif yerlərində böyük qayıdış üçün tikinti işlər aparılıb. Üstəlik hazırda Ağdam Beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir. Şəhər ərazisində inşa edilən Ağdam Konfrans Mərkəzi Azərbaycanda birinci milli şəhərsalma forumuna ev sahibliyi edir. Daha ətraflı Baku TV-nin süjetində:

Aİ Rusiya nefti üçün yuxarı qiymət həddinin tətbiqini razılaşdırıb

Aİ ölkələrinin Daimi Nümayəndələr Komitəsi çərşənbə günü Rusiya Federasiyasına qarşı yeni sanksiyalar, xüsusən də ölkə neftinin qiymətinə yuxarı həddin qoyulmasını nəzərdə tutan məhdudiyyətlər barədə razılığa gəlib. Yeni paketə Rusiya Federasiyasına yüksək texnologiyalı məhsulların tədarükünün, habelə Rusiya strukturlarına mühəndislik, ədliyyə və İT xidmətlərinin göstərilməsinin qadağan edilməsi kimi müddəalar daxildir. Aİ-nin Çexiya sədrliyindən bildirilib ki, Rusiya nefti…

Zelenski rəsmi olaraq Putinlə danışıqlardan imtina etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 30 sentyabr tarixli qərarlarının qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb. Bu sənədə görə, Kiyev Vladimir Putinin prezidenti olduğu müddətdə Moskva ilə danışıqlar aparmağı qeyri-mümkün hesab edir. Bundan başqa, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ukraynanın NATO-ya sürətləndirilmiş şəkildə daxil olmaq ərizəsi ilə bağlı qərarı da təsdiqlənib.

“Rusiya əsgərləri kütləvi şəkildə təslim olurlar”

Son bir neçə həftə ərzində Rusiya əsgərlərinin təslim olması ilə bağlı 2000-dən çox müraciət daxil olub. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məsələ ilə bağlı hərbi kəşfiyyat nümayəndəsi Andrey Yusov “Freedom” telekanalının efirində açıqlama verib. Yusov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində uğurlu əks-hücumundan və Rusiya Federasiyasında qismən səfərbərlik elan…

Yaponiya hökuməti Rusiya konsulunu ölkədən çıxarır

Yaponiya hökuməti Rusiyanın Sapporodakı (Hokkaydo prefekturası) Baş Konsulluğunun əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib. Bu addım Yaponiya konsulunun Vladivostokdakı Baş Konsulluğunda saxlanılması və sonradan “persona non-qrata” elan edilməsinə cavab olaraq atılıb. Bu barədə Yaponiya xarici işlər naziri Yosimasu Hayaşi məlumat verib. Rusiyalı diplomat oktyabrın 10-dək ölkəni tərk etməlidir. Daha əvvəl Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən bildirilmişdi…