IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb
Moskvada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyətinin sədri və BMT Ətraf Mühit Proqramının (UNEP) xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaceslav Fetisov arasında görüş keçirilib. Görüş çərçivəsində IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Niyyət Sazişi imzalanıb.…










