Rusiya sülhməramlılarının erməniləri qorxudan qorxusu

Bu yaxında bütün erməni nəşrlərində belə bir informasiya yayıldı ki, guya Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri “ermənilərin Qarabağdan sürətlə emiqrasiya etməsindən” son dərəcə narahatdırlar. Bununla bağlı “Hraparak” (“Meydan”) yazmışdı ki, guya, Moskvada və yerlərdə “hesab edirlər ki, emiqrasiya nəticəsində Qarabağın demoqrafik mənzərəsi dəyişəcək, insanların yaşamadığı torpaqların da müdafiəyə ehtiyacı qalmayacaq…” “Onlara (Rusiya hökümətinə…

“Ukrayna NATO-ya daxil olarsa…”

Ukraynanın NATO-ya daxil olması Moskvanı buna reaksiya verməyə məcbur edəcək son dərəcə təhlükəli bir addım olardı. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. “Biz düşünürük ki, bu, Rusiyanı buna müvafiq reaksiya verməyə məcbur edəcək son dərəcə təhlükəli addım olardı”, – deyə “RİA-Novosti” Rudenkonun sözlərindən sitat gətirir. O qeyd edib ki, alyans “istənilən addımın…

Ankaranın Suriyada əməliyyat siqnalı

Suriyanın şimalında Türkiyənin yeni əməliyyat keçirməsi haqda siqnal verməsi PKK/YPG qüvvələri daxilində təşvişə səbəb olub. Terror təşkilatı gənclər arasında zorla hərbçi toplamaq və gücünü artırmaq üçün yeni həmləyə başlayıb. Yerli qaynaqlardan əldə edilən informasiyaya görə, YPG-yə bağlı hərbi polis nümayəndələri dünən səhər saatlarında nəzarət məntəqələri və mobil patrullar sayəsində 40-dan çox gənci həbs edib. Terror…

“Qonşularla əlaqələrin zədələnməsinə icazə verməyəcəyik”

“Yad ölkələr bölgə xalqının yaxşılığını istəmir. Qonşularla əlaqələr İran üçün prioritetdir və İranla qonşuları arasında əlaqələrin zədələnməsinə icazə verməyəcəyik”. Bunu İran Prezidenti İbrahim Rəisi Şərqi və Qərbi Azərbaycan vilayətlərinin valiləri və millət vəkilləri ilə görüşdə deyib. “Yaxşı qonşuluq, iqtisadi və ticari əlaqələr, sərhəd bazarlarının aktivliyi İranın siyasətidir. Qonşularımızla ticarət və iqtisadiyyatın inkişafı bölgə ölkələri ilə…

“İranla qarşıdurma an məsələdir”

İsrail və İran arasında müharibə an məsələsidir və bu çox uzaqda deyil. Bunu İsrailin maliyyə naziri Aviqdor Liberman elan edib. Nazir İran və İsrail arasında gərginliklə bağlı qiymətləndirmə edərkən İranla nüvə anlaşmasının yenilənməsinə dair aparılan müzakirələrə deyinib: “Heç bir diplomatik məhələ və ya razılaşma İranı nüvə proqramını durdura bilməz”. İranı hədəfə alan Liberman qeyd edib…

Füzuli rayonu artıq yeni mərhələyə qədəm qoyur

“Füzuli rayonu artıq yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə bərpa və yenidənqurmadan sonra Füzuli rayon iqtisadiyyatının ölkə iqtisadiyyatına reinteqrasiyası həyata keçiriləcək”. Bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. Deputat rayonda yeni istifadəyə verilmiş beynəlxalq hava limanının üstünlüklərindən də danışıb: “Ötən dövr ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi yalnız…

Türkiyədə zəngin qızıl yatağı tapıldı

Türkiyənin Bilecik əyalətinin Söğüt mahalında “Gübretaş”a məxsus mədən bölgəsində 3.5 milyon unsiyalıq qızıl kəşf edilib. Türkiyənin “Rəsmi Qəzet”də Söğütdəki dördüncü qrup mədənlərdən biri olan volfram, qızıl və gümüş əməliyyat lisenziyası sahələri daxilində qalan bəzi daşınmaz əmlakların təcili ictimaiyyətə açıqlanmasına dair Prezidentin qərarı yayımlanıb. Buna görə də, Bilecikdə dördüncü qrup mədənlərdən olan volfram, qızıl və gümüş…

“Rusiya şirkətləri Qarabağdakı bərpa işlərində iştirak etməyə hazırdır”

“Rusiya şirkətləri Qarabağ münaqişəsindən sonra bölgədə görülən bərpa işlərində iştirak etməyə hazırdır. Belə ki, ölkənin bir qrup şirkəti noyabrın 17-18-də Azərbaycana səfər etmək niyyətindədir”. Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib. İkitərəfli əməkdaşlığa misal olaraq Cəbrayıl rayonunda Rusiyanın “KamAZ” müəssisəsi və Gəncə Avtomobil Zavodunun birgə servis mərkəzinin təməlqoyma mərasimi keçirilməsini göstərən rusiyalı rəsmi…

“Ədalətin Ədaləti” Mingəçevir asayişinin YENİ KEŞİKÇİSİ

Daxili İşlər naziri general – polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-nin polis polkovniki Ədalət Əliyevi Mingeçevir şəhəri polis şöbəsinə rəis təyin edib. Polis polkovniki Ədalət Əliyev Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hər zaman ona etibar edilən vəzifəni şərəflə yerinə yetirən şəxsiyyətin vətəninə və xalqına göstərdiyi xidmətləri saymaqla bitməz . Bəzən təsadüflərdən zərurət doğar deyiblər. Ədalət sözünün…

Lavrovdan Ərdoğana GÖZLƏNİLMƏZ DƏSTƏK

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi “BMT-nin beş daimi üzvü dünyanın qalan hissəsini diktə etmək hüququna malik deyil” fikrinə dəstək verib. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, Ərdoğanın BMT ilə bağlı son illərdə dilə gətirdiyi islahat çağırısına dünya miqyasında dəstək verilir. Lavrov Soçidə keçirilən “Valday” forumundan sonra…