“İham Əliyev bizi Kəlbəcərə qalib vətəndaş kimi qaytardı”

Düz 28 il, 5 ay, 9 gün əvvəl, böyük kədər və məğlubiyyət hissi ilə Kəlbəcəri tərk etdiyim yolu indi böyük sevinc, qələbə duyğusu ilə geri dönürdüm… Bu, haqqın və ədalətin zəfəri idi ki, düz 28 il əvvəl yurdundan didərgin salınan məğlub Azərbaycanın vətəndaşı kimi çıxdığım Vətənimə qüdrətli və qalib Azərbaycanın fəxarətli vətəndaşı kimi qayıdırdım… Bəli,…

Diaspor üzvləri Anım Gününü şəhid ailəsi ilə birlikdə keçiriblər

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyilə Abu-Dabidə yaşayan Azərbaycan diasporunun fəal üzvü, “Karabakh is Azerbaijan!” Milli Platformasının koordinatorlarından olan Nuranə Əsəd və digər həmvətənlərimiz 27 sentyabr – Anım Gününü şəhid Emil Əhmədovun ailə üzvləri ilə birlikdə keçiriblər. Nuranə Əsəd bildirib ki, Azərbaycan səfirliyinin Abu-Dabi şəhərində və ölkəmizin…

İtaliya mediasında azad edilmiş torpaqlarımızdan bəhs edilib

İtaliyanın https://electomagazine.it xəbər portalında Azərbaycanda Anım Gününün qeyd olunması barədə məqalə yayımlanıb. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki,məqalənin müəllifi orada magistr təhsili alan azərbaycanlı gənc fəal Zərifə Qasımzadə İkinci Qarabağ savaşının başlanma səbəbi, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan Ordusunu darmadağın edərək qazandığı qələbə barədə ətraflı məlumat verib. Məqalədə qeyd edilir…

Ərdoğan Zəngəzur dəhlizi haqda

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşdən qayıdarkən yolda jurnalistlərin suallarını cavablandırıb. Görüşdə müzakirə olunan bir sıra məsələlərə münasibət bildirən Tayyib Ərdoğan Qarabağ mövzusunda da dəyərləndirmələr edib. “Bu görüşdə Zəngəzur dəhlizi gündəmə gəldimi?” sualına cavab verən Ərdoğan bu ifadələri söyləyib: “Zəngəzur dəhlizi bütün bölgə üçün önəmli bir imkan olacaq. Burada…

Prezident ali orden və rütbə ilə təltif edilsin

Təklif edirəm ki, Ali baş Komandan, II Qarabağ Müharibəsində Qələbənin müəllifi İlham Əliyev ali orden və ali rütbə ilə təltif edilsin. Bu təkliflə deputat Azər Badamov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. O bildirib ki, bu təklifə Milli Məclis tərəfindən baxılmalıdır. Deputat əlavə edib ki, bununla əlaqədar qanun layihəsi hazırlanmalı və sənəd parlamentin…

Putinlə görüşdən sonra yayımlandı…

“Nyu-York Tayms” qəzeti BMT Baş Assambleyasının 76-cı sammiti üçün ötən həftə ABŞ-a gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan aldığı müsahibənin “S-400”lə bağlı hissəsini dərc edib. Ərdoğanın dünən Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü ilə bağlı məlumata əlavə olunan açıqlamada Türkiyə liderinin qabaqcıl rus müdafiə sistemini satın alaraq Qərbin əsas hərbi ittifaqı olan NATO-nu sarsıtdığı tənqidini…

Putindən Gürcüstanı qəzəbləndirəcək addım

Rusiya Prezidenti Vladimir Putin Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsindəki separatçıların başçısı Aslan Bjaniyaya “Qələbə və müstəqillik günü” münasibətilə təbrik teleqramı göndərib. Putin təbriklərində iki ölkə arasındakı əlaqələrin müttəfiqlik və strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini vurğulayıb. “Rusiya təxirəsalınmaz iqtisadi və sosial problemlərin həllində, eləcə də milli təhlükəsizliyin təmin edilməsində abxaz dostlarına hərtərəfli yardım göstərməyə davam edəcək”,…