Akardan Suriya ilə bağlı mühüm açıqlama

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Prezident Ərdoğanın “Suriyanın şimalına yönəlik əməliyyat siqnalı” verməsinin ardınca açıqlama verib. Ötən gün Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da Suriyada əməliyyat keçirilməsinin mümkünlüyünü qeyd etmişdi. Bu gün isə Hulusi Akar bəyan edib ki, lazım olan nə varsa yeri və zamanı gəlincə Prezident Ərdoğanın liderliyində ediləcək: “Buna kimsənin şübhəsi…

Ruslar S-500 bateriyasını Moskvaya gətirdi

Rusiya S-500 Prometey (55R6M Triumfator-M) uzunmənzilli hava müdafiə sisteminin (HSFS) ilk bateriyasını silahlanmaya təqdim edib. S-500 Prometey sistemlərinin ilk partiyasının Moskvada yerləşdirildiyi açıqlanıb. İlk S-500-lər Moskva hava məkanını qoruyacaq. Növbəti ildə isə orduya bu sistemlər təslim olunacaq. Qeyd edək ki, S-500-lərin ilk sınaqları 2021-ci ilin avqustunda ballistik raketə qarşı həyata keçirilmişdi. S-500 Rusiyanın əlində olan…

“Azərbaycan və Türkiyə arasında tərəfdaşlıq ən yüksək səviyyəyə qalxıb”

“Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlər bu gün qardaş ölkələrin prezidentlərinin rəhbərliyi ilə müttəfiqlik və strateji tərəfdaşlıq ən yüksək səviyyəsinə qalxıb”. Bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlu ilə görüşdə deyib. R.Usubov Vətən müharibəsinin ilk anlarından…

450-ə yaxın sahibkar və biznes fəaliyyəti ilə məşğul olmaq istəyənlər faydalanıb

Təlim və məsləhət xidmətlərindən 450-ə yaxın sahibkar və biznes fəaliyyəti ilə məşğul olmaq istəyənlər faydalanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Masallı-Cəlilabad-Biləsuvar KOB inkişaf mərkəzi (KOBİM) tərəfindən sahibkarlara, biznesə başlamaq istəyənlərə və startaplara ehtiyaclarına uyğun olaraq təlim və məsləhət xidmətləri göstərilir. Avqust və sentyabr aylarında Masallı-Cəlilabad-Biləsuvar KOBİM tərəfindən müxtəlif mövzularda təşkil olunan 39 biznes…

“LƏKƏLƏ!”, “QARALA!”, “GÖZDƏN SAL!” QƏRBİN MÜƏYYƏN SİYASİ DAİRƏLƏRİNİN “İFRAZAT MAŞINI” İŞ BAŞINDA…

Proqnozlar özünü döğrultdu. Gözlədiyimiz baş verdi. Azərbaycan yenə hədəfdədir. Barmağını “siyasi tətiyə” dirəyən qüvvələr də dəyişməyib. Onlar Qərbin Ermənistana yaxınlığı ilə seçilən müəyyən siyasi dairələri və onaların qulbeçələri olan antimilli ünsürlərdır. Bu qüvvələr Azərbaycan dünyanın diqqət mərkəzində olduğu xüsusi məqamlarda (mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən, seçkilər zamani və s.) ifrat fəallaşır və öz xislətlərinə…

Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir və treninq keçirilib

Yevlaxda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbir keçirilib. Rezonans.az xəbər verir ki, Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin, Səhiyyə Nazirliyi Mingəçevir rayonlararası Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin…

Vətən müharibəsi iştirakçılarının və qazilərinin bir qrupu ilə görüş keçirilib

Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəhbərləri ilə Vətən müharibəsi iştirakçılarının və qazilərinin bir qrupunun görüşü keçirilib. Rezonans.az xəbər verir ki, qəbul zamanı qazilər və müharibə iştirakçıları dinlənilmiş, mövcud problemlər müzakirə edilmiş və qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll edilmiş, digərlərinin həlli üçün aidiyyəti…

15 yaşlı yeniyetmə idmançımız Dubayda “Muay Tay Gənclər Çempionatı”nın birincisi olub

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan yeniyetmə soydaşımız Qacar Mirzə Dubay şəhərində keçirilən “Muay Tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb. 15 yaşlı idmançı soydaşımız öz çəki dərəcəsində çempionatın birinci pilləsinə yüksəlmək üçün 3 döyüşdə, yarımfinalda və finalda müvəffəqiyyətlə çıxış edərək, rəqiblərinə qalib gəlib. Qeyd edək ki, Qacar Mirzə 11 may 2006-cı il tarixində Bakı şəhərində anadan…

Ermənistanın müharibə və ekoloji cinayətləri Venesiya sakinlərinin nəzərinə çatdırılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Venesiya şəhərində azərbaycanlı icmasının məlumatlandırıcı aksiyası keçirilib. Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə və ekoloji cinayətlərə diqqəti cəlb etmək məqsədilə təşkil edilən aksiya Venesiya şəhərinin ən izdihamlı yerlərindən biri olan Rialto körpüsü və Müqəddəs Bartolomeo meydanında baş tutub. Aksiya zamanı “Hər birimiz müharibə cinayətlərinin əleyhinəyik!”, “Gəncə üçün dua et!”,…

NASA Marsda həyat izlərinə dair foto paylaşıb

ABŞ-ın Milli Kosmik və Aviasiya Agentliyi (NASA) Marsın kosmik həyata ev sahibliyi etdiyinə dair fotoları paylaşıb. Məlumatı “A Haber” yayıb. Bildirilib ki, NASA Marsda qurumuş bir çayın fotosunu çəkib. Alimlər “Perseverance” Mars gəzəyəni tərəfindən çəkilən və milyardlarla il əvvəl bu planetdə suyun axdığını əks etdirən foto “Journal of Science” (“Elm jurnalı”) jurnalında dərc edilib. Alimlər…