Sabah 3 ölkə “Bakı bəyannaməsi” imzalayacaq

Sabah Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin Üçtərəfli Birinci toplantısı başlayır. Məlumatı “Anadolu” agentliyi yayıb. Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq. Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcək. İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın…

Dünya müharibəsi bu tarixdə və bu ölkədə başlayacaq…

ABŞ-ın təqaüdçü admiralı Ceyms Stavridis və jurnalist Elliot Akerman tərəfindən yazılmış “2034: Növbəti dünya müharibəsinin hekayəsi” adlı kitabda Üçüncü Dünya Müharibəsinin daha çox dron və pilotsuz hərbi texnika ilə baş verəcəyi iddia olunub. Kitabda dünya müharibəsinin 2034-cü ildə ABŞ hərbi gəmilərinin Cənubi Çin dənizinə girməsi ilə başlayacağı yazılıb. Dünyanın sürətlə inkişaf etdiyi, buna görə də…

Biz Türkiyə olaraq Tunisdəki çevrilişə qarşı olduğumuzu bəyan edirik

“Tunisdə bir çevriliş olub, bu, qəbuledilməzdir”. Ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, Türkiyə hər zaman çevrilişlərə qarşıdır: “Cevrilişlərin hamısı olkələri on illərlə geri atır, bu cinayətdir. Çevrilişlər xalqların demokratik seçiminə qarşı yönəlib. Biz Türkiyə…

Ermənistanın mövqeyi bəyanatların tam icrasına mane olur

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da və bu ilin yanvar ayının 11-də imzalanan üçtərəfli bəyanatların bir sıra müddəaları icra olunub, bəzi müddəalar icra olunur, ancaq Ermənistan tərəfindən sərgilənən qeyri-konstruktiv mövqe bu bəyanatların tam icrasına mane olur. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə…

Prezident Türkiyəyə yeni səfir təyin etdi

Prezident İlham Əliyev R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.     Prezident İlham Əliyevin Sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Rəşad Məmmədov haqqında məlumatı təqdim edirik: Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan…

XİN: Qanunsuz güc tətbiqinin bölgədə sülh və təhlükəsizliyə maneə olduğunu Ermənistan hamıdan yaxşı bilməlidir, çünki bunu onilliklərlə özü edib

“Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını diqqətlə izləməsi, əlbəttə yaxşıdır. Lakin bu müsahibələri sadəcə oxumaq deyil, düzgün anlamaq və nəticə çıxarmaq lazımdır”. APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan XİN-in KİV və ictimai diplomatiya idarəsinin 23 iyul 2021-ci il tarixli açıqlamasına dair şərhində qeyd olunur. “Birincisi, bəli,…

Türk şirkətləri Balkanlarda ən uzun tunelin inşasına başladı

Bolqarıstan Balkanlarda ən uzun tunelin inşasına başlayıb. Tunel Sofiya ilə Burqas arasındakı dəmir yolunun bir hissəsi olacaq. Sofiyadan təxminən 30 kilometr məsafədə bir dağlıq ərazidə yerləşəcək və 6,8 km uzunluğunda olacaq ki, bu da Bolqarıstanın Koznitsadakı ən uzun tunelinin uzunluğundan iki dəfə çox olacaq. Bu layihə 15 ildir inşası davam edən Sofiyadan Burqasa gedən dəmir…

Lavrovdan şok sözlər: “Qərbin Rusiyadan istədikləri…”

Qərb ölkələri istədiklərini ala bilmədikləri üçün Rusiyanı sevmirlər. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Lavrov qeyd edib ki, Qərb bizi sevmir, çünki Sovet İttifaq dağılandan və mövcud Rusiya Federasiyasıının ilk illərindən sonra Qərbin bizimlə bağlı xəyalları puç oldu: “Sadəcə bizi sevmədiklərinə alışmaq lazımdır”. Xrici İşlər naziri deyib ki, Qərbin bu siyasəti NATO və…

Cənubi Afrikada rekord soyuqlar

Ötən sutka ərzində Cənubi Afrika Respublikasının (CAR) müxtəlif şəhərlərində rekord aşağı temperatur qeydə alınıb. CAR meteorologiya xidməti ölkənin bir sıra şəhərlərində 19 yeni rekordun müəyyən edildiyini bildirib. Yohannesburq şəhərində havanın hərarəti mənfi 7 dərəcəyədək enib. Şəhərdə əvvəlki aşağı temperatur rekordu 1995-ci il iyulun 19-da qeydə alınmışdı – mənfi 6,3 dərəcə. Kimberli şəhərində isə termometrlər mənfi…

“Dağlıq Qarabağ” olmadığı kimi “status” məsələsi də yoxdur

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in KİV və ictimai diplomatiya idarəsinin 23 iyul 2021-ci il tarixli açıqlamasına dair şərh verib. Şərhdə deyilir: Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını diqqətlə izləməsi, əlbəttə yaxşıdır. Lakin bu müsahibələri sadəcə oxumaq deyil, düzgün anlamaq və nəticə çıxarmaq lazımdır. Birincisi, bəli, bizim…