Xaricdəki ticarət nümayəndələri diplomatik korpuslardan ayrı fəaliyyət göstərəcək
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi ilə bağlı bir sıra fərmanlarına dəyişiklik edib. Dövlət başçısının imzaladığı yeni fərmana əsasən, bundan sonra nazirliyin strukturuna daxil olan ticarət nümayəndələrinin aparatları xarici ölkələrdəki səfirlik və konsulluqlardan kənarda fəaliyyət göstərəcək.










