BQF Koordinasiya Şurası Şuşa Bəyannaməsi və Lavrovun Türkiyə səfərini müzakirə etdi
Beynəlxaq Qarabağ Forumunun (BQF) Koordinasiya Şurası onlayn formatda keçirilən iclasında bir sıra aktual məsələləri, o cümlədən Şuşa Bəyannaməsini və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının nəticələrini müzakirə edib. İclasa BQF-nin Ukraynadan olan koordinatoru, tarix elmləri doktoru, professor Fərhad Turanlı moderatorluq edib. Əvvəlcə təşkilati məsələyə baxılıb, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin başqanı Səfər Qaraqoyunlu quruma yeni üzv seçilib. QAT…










