Azərbaycan Aİ-nin güclü tərəfdaşıdır

Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən əsas məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından olan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı əlaqələrdir. Ölkəmiz Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının fəal iştirakçılarından biridir. Eyni zamanda, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır. Azərbaycan və Aİ son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Avrokomissar: Azərbaycan…

Almaniyada haker hücumu

Almaniyanın Anhalt-Bitterfeld (Saksoniya-Anhalt) bölgəsinin kompüter şəbəkəsi haker hücumundan sonra iflic olub. Bölgədə fövqəladə vəziyyət elan edilib. Bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti məlumat yayıb. Serverlər sıradan çıxdığı üçün dairə rəhbərliyi müvəqqəti olaraq sosial müavinətləri ödəyə bilmir. Federal informasiya təhlükəsizliyi idarəsinin (BSI) rəsmiləri istintaqa cəlb edilib. Hazırda mütəxəssislər virusu şəbəkələrdən kənarlaşdırmağa, məlumatların blokdan çıxarmağa və kompüter…

Yunan nazir Ərdoğan barədə elə sözlər dedi: “Atatürk kimi…”

Yunanıstan Xarici İşlər naziri Nikos Dendias “Meetpoint” adlı televiziya verilişində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə yüksək fikirlər səsləndirib. Jurnalist Olqa Tremminin suallarını cavablandıran yunan nazir Türkiyə prezidentinin bölgədə güclü lider olduğunu söyləyib. “Türkiyəyə ən az Mustafa Kamal Atatürkün idarə etdiyi zaman qədər rəhbərlik edib və ölkəsinin fizionomiyasını dəyişdirib”, – o bildirib. Nazir Ərdoğanla bir…

Rusiya yaxınlığında hərbi fəallıq

NATO-nun Qara dənizdəki hərbi təlimlərinin Donbas münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Bunu təlimlərdə iştirak edən ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Stüart Buman söyləyib. Amerikalı zabit NATO-nun döyüş gəmilərinin təlimlərdən sonra da bir müddət Qara dənizdə qalmağa davam edəcəklərini də diqqətə çatırıb. NATO və Ukrayna Silahlı Qüvvələri iyulun 9-da birgə hərbi təlimlərə başlayıb. Təlimlərdə şərti…

Son dəqiqə: Operativ Qərargah razılıq verdi

Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq. AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb. Milli assosiasiya COVİD-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Ukraynadan Gəlmiş Diaspor Rəhbəri Azərbaycanda Miqrasiya Xidmətindən Razılıq Etdi

Vəzifəsindən asılı olmayaraq məmur öz davranışıyla xidmət etdiyi qurum haqqında müsbət vəyaxud mənfi fikir yarada bilər. Gülgün Babayeva Miqrasiya xidmətinin insanlara mədəni davranışda ilk yerdə olduğunu öz peşəkarlığı ilə hər kəsə sübut edir. YUNUS ALIYEV Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev Vilayəti üzrə sədri.   Ömrünü Xalqına-Vətəninə həsr etmiş Yunus Alıyevi Ukraynada və Azərbaycanda tanımıyan yoxdur. Təkcə…

Baydenlə Putin arasında telefon danışığı oldu

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub. Bu barədə Ağ Ev məlumat yayıb. Telefon danışığında prezidentlər ABŞ-Rusiya zirvəsindən sonra Suriyaya sərhədlərarası humanitar yardımın BMT Təhlükəsizlik Şurasında bərpa edilməsi barədə yekdilliklə qərar qəbul edilməsini və hər iki ölkənin heyətlərinin birgə işlərini yüksək qiymətləndiriblər.

Belçikadan mühüm qərar: “Türklər soyqırımı riski qarşısındadır”

Belçika parlamenti Şərqi Türküstandakı uyğur türklərinin ciddi soyqırımı riski altında olduğunu və uyğurlarla rəftarın insanlığa qarşı cinayət hesab edildiyini bildirən qətnamə layihəsini qəbul edib. Fəhlə Partiyası xaricində bütün siyasi partiyalar Belçika Federal Məclisinin qanun layihəsini dəstəkləyib. Qanun layihəsinə uyğurlara qarşı soyqırımı riski və bəşəriyyətə qarşı cinayətlər barədə açıqlamalar və Belçika hökumətinin Çinə bəzi müraciətləri daxil…

Türkiyəli səfir Şuşada Hikmət Hacıyevlə çörək kəsdi

Xəbər verdiyimiz kimi, Azərbaycandakı diplomatik korpusun nümayəndələri ötən gün Şuşada olublar. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı sosial şəbəkədə Şuşa səfərindən maraqlı foto paylaşıb. O, Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə çörək kəsərkən çəkilmiş fotosunu paylaşaraq yazıb: “Bir türk adəti. Hikmət Hacıyevlə belə çörək kəsdik”.