Pandemiyadan sonra da distant təhsil davam edəcək

Gülüstan sarayında keçirilən “Unec Economik Forum Baku 2021” tədbirində Təhsil naziri Emin Əmrullayev çıxış edib. Nazir çıxışında pandemiyadan sonra Azərbaycanda distant təhsilin davam etdiriləcəyini bildirib. “Distant təhsil bir sıra cəhətlərinə görə çox unikaldır və Azərbaycan təhsil sistemi də distant təhsilin imkanlarından faydalanacaq” – nazir bildirib.

Qarabağın alban-qıpçaq tarixinə dair kitab çap olunub

Tarixçi-alimlər Ramin Əlizadə və Elnur Nəciyevin “Qarabağın alban-qıpçaq tarixinə dair” adlı kitabı nəşr olunub. “Azərbaycan Tarixçiləri” İctimai Birliyindən verilən məlumata görə, layihə rəhbəri və ön sözün müəllifi AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovdur. Yaqub Mahmudov kitaba yazdığı “Tarixi həqiqətə doğru gərəkli və uğurlu addım” adlı ön sözdə bu fikirləri bildirib:…

Nizami Gəncəvinin 880 illik yubileyi – Ukraynada konfrans

Bu gün Ukraynanın Xarkov şəhərində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilib. Bu barədə  Ukraynada yaşayan Milli Hərəkatçılar Birliyi İdarə Heyətinin üzvü Vaqif Almuradlı məlumat verib. Məlumata görə, konfransda Türk-Ukrayna milli adət ənənələri barədə müzakirlər aparılıb. Qeyd edək ki, konfransda Azərbaycanın, Türkiyənin, Özbəkistanın və Qazaxıstanın Ukraynadıkı səfirliyi, eyni zamanda, Ukrayna Xarkov…

Misirdəki diaspor mərkəzində Azərbaycan dilini öyrənən misirli tələbələrlə görüş keçirilib

Misirdə səfərdə olan Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti bu ölkədəki Azərbaycan diaspor mərkəzindəki kurslarda Azərbaycan dilini öyrənən tələbələrlə görüş keçirib. Tədbirdə Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov diaspor mərkəzi nəzdində fəaliyyət göstərən kurslar haqqında ətraflı məlumat verib. O,…

Kiyev – İnstitut kollektivinin hüquqşünas günü münasibətilə təbrikləri

  8 oktyabr 2021, “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Kiyev Əqli Mülkiyyət və Hüquq İnstitutunun rektoru, hüquq elmləri doktoru, professor, Ukraynanın əməkdar hüquqşünası Felik Vasiliy İvanoviş Kiyev Əqli Mülkiyyət İnstitutunun və “Odessa Hüquq Akademiyası” Milli Universitetinin prezidenti hüququ, hüquq elmləri doktoru, professor, akademik, Ukraynanın əməkdar hüquqşünası Kivalov Serhiy Vasilyeviçin   tapşırığı ilə təntənəli bir şəraitdə tədqiqatçı və müəllim heyətini və…

Leyla Əliyevanın “Açıq pəncərə” kitabı fin dilində nəşr olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Açıq pəncərə” şeirlər toplusu oxuculara ruhun, fikrin, duyğunun təzahürü olan, peşəkarlıqla qələmə alınan yaradıcılıq nümunələrini çatdırır, onları poeziyanın səmimiyyətinə bir daha inandırır. Kitab Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandiyanın “Palladium kirjat” nəşriyyatında fin dilində nəşr olunub. Kitabın ön sözündə Leyla Əliyevanın bioqrafiyası və lirikası barədə oxuculara məlumat…

Prezident “Şərəf” ordenini Oljas Süleymenova təqdim etdi

Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul edərkən ona “Şərəf” ordenini təqdim edib. Prezident İlham Əliyev görüş zamanı Oljas Süleymenovun Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunduğunu xatırladıb. Dövlət başçısı Oljas Süleymenovun Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu ilin may ayında “Şərəf”…

Azərbaycan diasporunun dəstəyi ilə yazıçı Varisin romanı nəşr olunub

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, habelə Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfının dəstəyi ilə Türkiyədə TADEV Yayınları nəşriyyatında yazıçı Varisin “Qızıl cib saatı” romanı nəşr olunub. Kitabın “Kitabyurdu”, “Kitab365.com” və digər platform üzərində satışına başlanılıb. Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək…

XII Qəbələ Musiqi Festifalı keçiriləcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən keçirilən və ötən dövr ərzində dünya musiqi xəritəsində özünəməxsus yer tutan Qəbələ Musiqi Festivalı bu il yenidən Qəbələ sakinlərinin və şəhərimizin qonaqlarının görüşünə gələrək musiqisevərlərin sevincinə səbəb olacaq.   Rezonans.az-ın məlumatına görə Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi, həmçinin Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət…

Süni intellektin Azərbaycan numizmatikasında tətbiqi zəruridirmi?

Açar sözlər: süni intellekt, rəqəmsal texnologiya, numizmatika, pasport-proqram, Azərbaycan Müasir dövrümüzdə texnikanın sürətli inkişafı sayəsində əldə olunan bir sıra nailiyyətlər süni intellektin bir sıra sahələrdə (riyaziyyat, tibb, inşaat, sosial, sosial-ictimai elmlər və d.) tətbiqini aktuallaşdırır. Məqalədə müasir dövrümüzdə Azərbaycanda sikkələrin numizmatik təyinatı, xarici ölkələrdə “Süni intellekt” mövzusunda zərb edilmiş sikkələr barədə məlumatlar verilmiş, ilk dəfə…