Gələcəkdə işsiz qalmamaq üçün abituriyentlər nələrə diqqət yetirməlidirlər?
Bir neçə gündür ki, Dövlət İmtahan Mərkəzi bütün ixtisas qrupları üzrə universitetlərə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Artıq abituriyentlər arzuladıqları peşəyə yiyələnmək üçün seçim mərhələsindədir. Mövzu ətrafında Oxu.Az-ın suallarını karyera konsultantı Jalə Bənnayeva cavablandırıb. – Son illərin ən prioritet ixtisasları nələrdir? – Prioritet ixtisasları təyin etmək üçün son illərə nəzər salmaq lazımdır. Dünyəvi və lokal hansı proseslərin getdiyinə, istiqamətin…










