Güləşçimiz qızıl medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb. 75 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Stanislav Novakla üz-üzə gəlib. Rəqibinə 7:0 hesabı ilə qalib gələn Bayramov Avropa çempionu olub. Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi finala yüksəlib.

Azərbaycanda 87 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 335 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 193 nəfər müalicə olunaraq sağalıb, 4 973…