Ərdoğan Kaxovka SES-lə bağlı beynəlxalq komissiyanın yaradılmasını təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kaxovka su elektrik stansiyasının dağıdılması ilə bağlı beynəlxalq faktaraşdırıcı missiyanın yaradılması təklifilə çıxış edib. Türkiyə prezidentinin dəftərxanasından verilən məlumata görə, bu barədə dövlət başçısının Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirələr aparılıb. BMT baş katibi Antonio Quterreşin nümayəndəsi Stefan Düjarrik bildirib ki, hələlik təşkilatın rəhbərinə…

“Azərbaycan Avropada etibarlı enerji təchizatçısı kimi tanınır”

“Çexiya Azərbaycanla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını səbirsizliklə gözləyir”. Bunu “Trend”ə müsahibəsində Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela deyib. “Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisi Çexiya şirkətlərinin bu layihədə iştirakının pik nöqtəsi oldu. Layihədə Çexiyadan 10-a yaxın şirkət iştirak edib. Bu, bizim iqtisadiyyatlar üçün əhəmiyyətli bir layihə idi. Və bu, gələcəkdə oxşar layihələrin inkişafı üçün…

DABF erməni təxribatları ilə əlaqədar İsveç və Almaniyaya çağırış edib

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası və İsveç Erməni Assosiasiyaları İttifaqı (UAAS) Qarabağ separatçılarının bəyanatını dəstəkləyərək Nikol Paşinyanın mayın 22-də verdiyi açıqlamanı pisləyiblər. Erməni diasporu açıq şəkildə bəyan edib ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstəriləcəyi hər hansı beynəlxalq və ya dövlətlərarası sənədi Ermənistan üçün qəbuledilməz hesab edir. Hər iki erməni diasporunun bu bəyanatı mərkəzi qərargahı Stohkolmda…

Kosmosdan Xerson vilayətində su daşqının miqyası göstərilib

Rus işğalçıları Kaxovka su elektrik stansiyasını dağıdandan bir gün sonra şəbəkədə Xerson vilayətinin yeni peyk şəkilləri peyda olub. Maxar Technologies-dən olan görüntülər bölgədəki daşqının miqyasını göstərir. Görüntülər Novaya Kaxovka ilə Xersonun cənub-qərbindəki Dnepr körfəzi arasında 2500 kvadrat kilometrdən çox ərazini əhatə edir. Yayımlanan kadrlarda Kaxovskaya SES-in partladılmış bəndinin əslində tamamilə su altında qaldığı görünür. Mülki…

“Ukrayna NATO-dan güclü siyasi və praktiki dəstək paketi ala bilər”

“Alyans liderləri iyulda Vilnüsdə keçiriləcək sammitə toplaşdığı zaman Ukraynaya NATO tərəfindən güclü siyasi və praktiki dəstək paketi verilə bilər”. Bu barədə ABŞ dövlət katibi Antoni Blinken Norveçdə jurnalistlərə müsahibəsində deyib. “Vilnüsdə liderlər sammitdə görüşdüyü zaman ​​biz və Ukraynadakı dostlarımız həm siyasi, həm də praktiki cəhətdən güclü dəstək paketinin verilməsinə ümid edə bilərik”, – deyə o…

Şarl Mişel beştərəfli görüşlə bağlı mətbuata açıqlama verib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında keçirilmiş qeyri-rəsmi görüşün yekunlarına dair mətbuata açıqlama verib. Platform4.news  xəbər verir ki, Şarl Mişel açıqlamasında deyib: “Biz indicə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş…

Volodimir Zelenskidən Prezident İlham Əliyevlə görüşü barədə paylaşım – VİDEO

“Biz Azərbaycanın Kiyev vilayətində infrastruktur obyektlərinin bərpasında iştirakını yüksək qiymətləndiririk”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Moldovada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə həsr olunmuş paylaşımında yazıb. “Ölkəmizin gələcək yenidənqurmasında yardıma ümid edirik. Müharibədən sonrakı dövrdə biz Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını gözləyirik. Biz Ukrayna sülh formulu əsasında sabit və ədalətli sülhə nail olmaq üçün Ukraynanın təşəbbüslərini dəstəkləməkdə…