“Hələ ki Paşinyan geri addım atmayıb”

“Hələ ki Paşinyan geri addım atmayıb”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması ilə bağlı fikirlərini açıqlayarkən deyib. Bakıya dövlət səfərindən dönərkən jurnalistlərin suallarını cavablandıran Türkiyənin dövlət başçısı Cənubi Qafqazdakı vəziyyətə diqqət çəkib. O qeyd edib ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində irəliləyiş Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına da…

HƏR BİR VƏTƏNPƏRVƏR ÜÇÜN ƏHƏMİYYƏTLİ GÜN: MİLLİ QURTULUŞ VƏ DİRÇƏLİŞ GÜNÜ

İnsanın doğulduğu gündən yaranan bayramlar var. Hər bir xalqın milli qurtuluş və oyanış anları olur. 15 iyun bütün Azərbaycan xalqı üçün əlamətdar bir tarixdir. Məhz bu gündə Azərbaycan xalqı öz dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə üz tutdu. Onun titanik fəaliyyəti nəticəsində cəmi bir neçə ilə hesablanan çox qısa müddətdə Azərbaycan minilliklərə bərabər…

ABŞ-dən daha altı ölkənin BMT Təhlükəsizlik Şurasına daxil edilməsi təklifi

ABŞ Prezidenti Co Baydenin administrasiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına veto hüququ vermədən daha altı daimi yer əlavə etməyi təklif edib. Bu barədə “The Washington Post” öz mənbələrinə istinadla bildirib. Məqalə müəllifinin yazdığına görə, təşəbbüs Ukraynadakı kimi silahlı münaqişələrin effektiv həllinə yönəlib. Bildirilir ki, artıq Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild təşkilata üzv olan…

Ukrayna ordusunun Donbasla bağlı planları

“Ukrayna yaxın günlərdə Donbasda böyük hücuma keçə bilər”. Bunu Britaniya Parlamentinin Müdafiə Komitəsinin rəhbəri Tobias Ellvud deyib. “Yaxın bir neçə gün ərzində biz Donbasın bu və ya digər hissəsində böyük hücuma hazır olmalıyıq”, – deyə o qeyd edib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri “tədqiqat və formalaşdırma əməliyyatları” aparırlar. “Ukrayna potensialının əsas hissəsi isə bu hücuma…

Aİ səfiri Ukraynaya humanitar yardıma görə Azərbaycana təşəkkür edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko ölkəmizə Ukraynaya növbəti humanitar yardım göndərdiyinə görə təşəkkür edib. O, bu barədə sosial şəbəkə hesabında yazıb. “Ukraynaya növbəti humanitar yardım göndərdiyi üçün Azərbaycana dərin minnətdarlıq və təşəkkür edirəm. Bu, dəhşətli cinayətin fəsadlarına, Kaxovka  bəndinin dağıdılmasına müqavimət göstərməyə kömək edir. Rusiya təcavüzkarları cavab verəcəklər. Mülki infrastrukturun məhv edilməsi müharibə…

“Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub – VİDEO

Kəngərli Rayon Mədəniyyət Sarayında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Əlmaniz Ələkbərlinin “Zəfər tarixi yazanlar: Kəngərli şəhidləri” kitabının təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə şəhid ailələri, qazilər, ziyalılar, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin Qıvraq qəsəbəsindəki abidəsinin və Şəhidlər Kompleksinin önünə gül dəstələri qoyulub. Tədbirdə ulu öndər Heydər Əliyevin…

“Azərbaycan Avropaya bərpa olunan enerjinin ən böyük tədarükçüsünə çevrilir”

“Azərbaycan Avropaya bərpa olunan enerji mənbələrinin ən böyük tədarükçüsünə çevrilir”. Bunu Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, müasir dünyadakı ən son çağırışlar ilə əlaqədar bərpa olunan enerji mənbələri çox vacib məsələyə çevrilib. R.Plevneliyev vurğulayıb ki,…

Zelenski Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Liderlər xüsusilə Kaxovka su elektrik stansiyasında baş verən partlayışla bağlı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı Prezident R.T. Ərdoğan bildirib ki, Kaxovka SES-də baş vermiş partlayışın ətraflı təhqiqatı üçün hər iki tərəfin, eləcə də BMT və beynəlxalq ictimaiyyətin, o cümlədən Türkiyə ekspertlərinin iştirakı…

“Ermənistanın ATƏT çərçivəsində qarayaxma kampaniyası danışıqlara əsas maneədir”

“Ermənistanın Azərbaycanın suveren ərazilərində davam edən qeyri-qanuni hərbi mövcudluğu, daxili işlərimizə davamlı müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa əngəl yaratması və beynəlxalq səviyyədə, o cümlədən ATƏT çərçivəsində genişmiqyaslı qarayaxma kampaniyasının aparılması bəyan edilmiş bu öhdəliyə və əksinə, Azərbaycan və Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneədir”.…

Zelenski BMT və BQXK-ni qınadı

“Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Komitəsi rusiyalılar tərəfindən Kaxovka su elektrik stansiyasının partladılması səbəbindən Xerson vilayətində su basmanın nəticələrinin aradan qaldırılmasına kömək etmir”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bild”ə müsahibəsində deyib. Prezidentin sözlərinə görə, bu cür təşkilatlar məhz belə bəlalara kömək etmək üçün yaradılıb. Bununla belə, nə BMT, nə də Qırmızı Xaç hələ də…