BMT baş katibi Ərdoğana taxıl dəhlizinin bərpasına görə təşəkkür edib

BMT baş katibi Antoniu Quterreş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında taxıl dəhlizinin bərpası üçün göstərdiyi səylərə görə Türkiyənin dövlət başçısına təşəkkür edib. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi və taxıl dəhlizi ilə bağlı yeniliklər müzakirə edilib. Türkiyə Prezidenti, Rusiya və Ukrayna ilə…

Makronun reytinqi son iki ilin ən aşağı səviyyəsinə düşüb

Fransa prezidenti Emmanuel Makronun etimad reytinqi iki ayda 6 faiz bəndi azalaraq 32 faiz təşkil edib. “Echos” və “Radio classique” nəşrləri üçün sosioloji sorğu keçirən “Elabe” şirkətindən verilən məlumata görə, Fransa liderinin reytinqi koronavirus pandemiyasının yaratdığı böhranın başlanğıcından bəri bu qədər aşağı olmayıb. Makronla yanaşı, baş nazir Elizabet Born və hökumətin digər üzvlərinin reytinqi də…

Aİ Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynaya verilməsini müzakirə edəcək

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Qərbin Ukraynaya yardımı çərçivəsində Rusiya Mərkəzi Bankının dondurulmuş və müsadirə olunmuş aktivlərini Ukraynaya vermək ideyası tezliklə Aİ tərəfindən nəzərdən keçiriləcək. Məlumata görə, artıq ekspertlər məsələnin hüquqi tərəfləri üzərində işləyirlər. Bu təşəbbüs çərçivəsində hələlik aktivlərin yalnız Avropada həbs edilmiş hissəsinin Ukraynaya göndərilməsi planlaşdırılır. Müzakirələrin dəqiq tarixi açıqlanmır.

London Rusiya neftinin nəqli üzrə xidmətlərə qadağa qoyacaq

Böyük Britaniya Rusiya neftinin Qərb ölkələri tərəfindən müəyyən edilmiş maksimum qiymətə və ya ondan aşağı qiymətə alınmadığı təqdirdə daşınması üzrə xidmətlərin göstərilməsinə qadağa tətbiq edəcək. Bu barədə cümə axşamı Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant bildirib. Məlumata görə, qadağa dekabrın 5-dən qüvvəyə minəcək və Böyük Britaniyada fəaliyyət göstərən şirkətlər tərəfindən göstərilən xidmətlərə, o cümlədən sığorta,…