Zelenski rəsmi olaraq Putinlə danışıqlardan imtina etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 30 sentyabr tarixli qərarlarının qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb. Bu sənədə görə, Kiyev Vladimir Putinin prezidenti olduğu müddətdə Moskva ilə danışıqlar aparmağı qeyri-mümkün hesab edir. Bundan başqa, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ukraynanın NATO-ya sürətləndirilmiş şəkildə daxil olmaq ərizəsi ilə bağlı qərarı da təsdiqlənib.

“Rusiya əsgərləri kütləvi şəkildə təslim olurlar”

Son bir neçə həftə ərzində Rusiya əsgərlərinin təslim olması ilə bağlı 2000-dən çox müraciət daxil olub. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məsələ ilə bağlı hərbi kəşfiyyat nümayəndəsi Andrey Yusov “Freedom” telekanalının efirində açıqlama verib. Yusov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində uğurlu əks-hücumundan və Rusiya Federasiyasında qismən səfərbərlik elan…

Yaponiya hökuməti Rusiya konsulunu ölkədən çıxarır

Yaponiya hökuməti Rusiyanın Sapporodakı (Hokkaydo prefekturası) Baş Konsulluğunun əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib. Bu addım Yaponiya konsulunun Vladivostokdakı Baş Konsulluğunda saxlanılması və sonradan “persona non-qrata” elan edilməsinə cavab olaraq atılıb. Bu barədə Yaponiya xarici işlər naziri Yosimasu Hayaşi məlumat verib. Rusiyalı diplomat oktyabrın 10-dək ölkəni tərk etməlidir. Daha əvvəl Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən bildirilmişdi…

Azərbaycanlılar BMT-nin Cenevrədəki ofisinin qarşısında sərgi-aksiya keçiriblər

Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutun (IRDG) təşkilatçılığı ilə BMT-nin Cenevrədəki mənzil-qərargahının qarşısında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina probleminə və Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə həsr olunmuş sərgi-aksiya keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı “Ermənistan, itkin düşmüş azərbaycanlılar barədə məlumat ver!”, “Ermənistan hərbi cinayətlər törətməkdə davam…

Prezident və Birinci vitse-prezident Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər

Oktyabrın 4-də Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım atlara baxış keçirdilər. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Atçılıq Nəsilartırma Mərkəzi barədə məlumat verildi. Qeyd olundu ki, mərkəzin konsepsiyası “Reflect Architechts” şirkəti tərəfindən hazırlanıb. Potensial…

İlham Əliyev və Mehriban Əliyeva Ağdamın Kəngərli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Oktyabrın 4-də Ağdam rayonunun Kəngərli kəndinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlərlə bağlı məlumat verdi. Kəndin inkişaf planı barədə videoçarx nümayiş…