ABŞ hərbi qüvvələri Yunanıstanda

ABŞ hərbi qüvvələri Yunanıstanın şimalında, Aleksandrupolis limanına eniş ediblər. “Rizospastis” nəşrinin məlumatına görə, ölkəyə 120 helikopter və min döyüş maşını gətirilib. Bundan əlavə, hərbçilərin Şərqi Avropa ölkələrinə gedəcəyi bildirilir. Ekspertlər qeyd edirlər ki, bu əməliyyat ABŞ-ın Balkanlar və Qara dənizdəki mövcudluğunu gücləndirmək üçün indiyə qədər həyata keçirilən ən böyük hərbi missiyasıdır.

Rusiyada koronavirusdan ölənlərin sayı 264 mini ötdü

Rusiyada son sutka ərzində 1 252 nəfər koronavirusdan vəfat edib. Bugünədək ölənlərin sayı 264 095 nəfərə çatıb. Bir gün əvvəl 1 1254 nəfər virusun qurbanı olmuşdu. Eyni zamanda ölkədə son sutkada 36 970 nəfər koronavirusa yoluxub. Hazırkı dövrədək Rusiyada koronavirusa yoluxanların sayı 9 331 158 nəfərə çatıb.

ABŞ müdafiə naziri Bərzani ilə görüşdü

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin İraq Kürd Regional Rəhbərliyinin baş naziri Məsrur ​​Bərzani və Bəhreyn vəliəhdi Salman bin Həməd bin İsa əl-Xəlifə ilə görüşüb. Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, Ostin hər il Bəhreynin paytaxtı Manamada keçirilən “Manama dialoqu” çərçivəsində müxtəlif görüşlər keçirib. Pentaqon rəhbəri Məsrur Bərzani ilə görüşündə İŞİD terror təşkilatı…

Azərbaycanlı fotoqraf müəllifi olduğu kitabları Varşava şəhərinin ən böyük kitabxanasına hədiyyə edib

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Polşada səfərdə olan gənc azərbaycanlı fotoqraf Etibar Cəfərov müəllifi olduğu kitabları paytaxt Varşava şəhərinin ən böyük kitabxanasına (The National Library Palace) hədiyyə edib. Azərbaycan təbiətinin gözəlliklərini, tarixi və mədəniyyət abidələrinin unikallığını əks etdirən kitablara maraq böyük olub. Bu gündən həmin kitabxanada ölkəmizin füsunkar…

İtaliya paytaxtında Zəfər Günü ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib

Roma şəhərində Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin birinci ildönümünə həsr olunmuş məlumatlandırıcı aksiya təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə təşkil edilən aksiya zamanı paytaxtın 52 nəqliyyat dayanacağındakı elektron lövhələrdə “Zəfər üçün sülh” adlı fotomateriallar yerləşdirilib. Fotomateriallarda Şuşa qalasının, Azərbaycan əsgərlərinin azad edilmiş torpaqlarımıza üçrəngli bayrağımızı sancmasının və “Xarı…

İlham Əliyev və Nikol Paşinyan arasında baş tutacaq görüşlə bağlı

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə 19 noyabr 2021-ci il tarixində telefon danışıqları baş tutub və Aİ Şurasının Prezidenti bu ilin 15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib”.…

Prezident ədliyyə naziri ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Daşqın Rəhimova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Hidayət oğlu Rəhimova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Diaspor üzvlərimiz Mayamidəki Beynəlxalq təhsil həftəsində ölkəmizi təmsil ediblər

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Florida ştatının Mayami şəhərində keçirilən Beynəlxalq təhsil həftəsində ölkəmizi Florida Azərbaycanlıları Amerika Mədəniyyət Assosiasiyası təmsil edib. Florida Beynəlxalq Universitetinin təşkilatçılığı ilə baş tutan tədbirdə qurulan Azərbaycan guşəsində ölkəmizin Vətən müharibəsində qazandığı qələbəni, qədim tarixini, zəngin mədəniyyətini, mətbəxini, musiqisini və turizm imkanlarını əks etdirən kitablar, jurnallar, videoçarxlar,…

Türkiyə F-4 qırıcılarının istismar müddətini uzadıb

Türkiyə F-35 proqramından çıxarıldıqdan sonra 2020-ci illərin əvvəllərində istismardan çıxarmağı planlaşdırdığı F-4 döyüş təyyarələrini 2030-cu ilə qədər istifadə etməyə qərar verib. Bu barədə Milli Müdafiə Nazirliyinin 2022-ci il büdcə təklifi ilə bağlı parlament komissiyasında çıxış edən müdafiə naziri Hulusi Akar məlumat verib. Qəzet bildirib ki, ABŞ-dan 40 yeni F-16 təyyarəsinin alınması və hazırda istifadə edilən…

ABŞ donanmasına ilk “Freedom” sahil döyüş gəmisi təhvil verilib

ABŞ Hərbi Dəniz Qüvvələrinə ilk “Freedom” sahil döyüş gəmisi təhvil verilib. Bu barədə “Defense news” nəşri yazıb. Bir sıra problemlərin olduğu açıqlansa da, ABŞ donanmasının rəsmiləri sahilyanı döyüş gəmisindən razıdır. “Lockheed Martin” şirkəti tərəfindən Viskonsin ştatındakı “Fincantieri Marinette” gəmiqayırma zavodunda hazırlanan “Freedom” sinfinə məxsus gəmilərdə bir sıra qüsurlar aşkar edilib. Sürətlə hərəkət edərkən gəmidə nasazlıq…