İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib- FOTO
Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdirdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə Görüşünü açıq elan etdi. Sonra Türkiyə dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etdi. Dövlətimizin başçısı Zirvə Görüşündə…










