Dünya 2,4 dərəcə istiləşəcək
Dünya qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədindən çox uzaqdır. Bunu məşhur iqlim təhlili koalisiyası olan “Climate Action Tracker” (CAT) açıqlayıb. Koalisiyanın təhlilinə görə, ölkələrin qarşıya qoyduğu qısamüddətli hədəflərə əsasən, temperatur artımları bu əsrin sonuna qədər 2,4 dərəcəni keçəcək. Bəyanatda BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) qəbul edilmiş öhdəliklər sayəsində istiləşmənin 1,9 və ya 1,8 dərəcə…










