Beynəlxaq Qarabağ Forumunun (BQF) Koordinasiya Şurası onlayn formatda keçirilən iclasında bir sıra aktual məsələləri, o cümlədən Şuşa Bəyannaməsini və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının nəticələrini müzakirə edib. İclasa BQF-nin Ukraynadan olan koordinatoru, tarix elmləri doktoru, professor Fərhad Turanlı moderatorluq edib. Əvvəlcə təşkilati məsələyə baxılıb, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin başqanı Səfər Qaraqoyunlu quruma yeni üzv seçilib.
QAT sədri, qurumun koordinatoru Akif Nağı ötən ay ərzində görülən işlərlə, o cümlədən Ərzurum Atatürk Universitetinin və Beynəlxalq Qarabağ Forumunun təşkilatçılğı ilə keçirilən “Qafqazda savaş və köçlər. 1855-1920” mövzusunda konfrans, Forumun hazırladığı “Qarabğın bərpasında gənclərin rolu” adlı sənədin Azərbaycan və Türkiyə prezidentlərinə göndərilməsi, QAT-ın hazırladığı ”Tam Qələbə Modeli” ilə bağlı məlumat verib.
Fərhad Turanlı (Ukrayna), Ziya Zakir Acar (Türkiyə), Akif Nağı (Azərbaycan), Şuşa Bəyannaməsi, Türkiyə və Rusiya xarici işlər nazirləri arasında Qarabağa dair danışıqlar, Qarabağdan qanunsuz silahlı dəstələrin çıxarılmasnın vacibliyi, azərbaycanlıların öz yurdlarına qaytarılması, Xocalı və digər ərazilərdə törədilən soyqırım və qətliamlara beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi, Ermənistanın Azərbaycana təminat ödəməsi və digər məslələrlə bağlı məruzə ediblər. Məruzələr ətrafında İradə Əliyeva (İsveç), Kərəm Karabulut (Türkiyə), Elşən İbrahimov (Rusiya), Sözer Akyıldırım (Türkiyə), Vahid İmanov (İspaniya), Cafer Dal (Türkiyə), Mehriban Abdullayeva (Azərbaycan), Gürsoy Solmaz (Türkiyə), Səfər Qaraqoyunlu (Türkiyə), Necati Alkış (Türkiyə), Fərhad Turanlı (Ukrayna), Ziya Zakir Acar (Türkiyə), Akif Nağı (Azərbaycan) və digərləri çıxış ediblər. Məruzə və çıxışların əsasında qəbul edilmiş qərarda göstərilir:
1. 15 iyun 2021 tarixində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinədə qeyd olunduğu kimi “…hər iki ölkənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının…” və başqa müddəaların həyati əhəmiyyəti olduğunu, Qarabağla əlaqədar məslələlərin müzakirısi və həll edilməsində Bəyannamənin əsas sənəd olaraq nəzərə alınması vacibdir.
2. Azəsbaycan və Ermənisatan sərhədlərinin, gömrüklərin, o cümlədən Laçın dəhlizinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarətə alınması və qorunmasının təmin edilməsi işğaldan azad olan ərazilərimizin təhlükəsiziliyini gücləndirməkdir.
3. 10 noyabr 2020 tarixində imzalanan “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” sənədinin 4-cü maddəsinə (“Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir…”) əsasən erməni silahlı teror dəstələrinin təcili Qarabağ ərazisindən çıxardılmasının təmin olunması.
4. Xankəndində, Xocalıda, Xocavənddə, Əsgəranda, o cümlədən Qarabağın bütün ərazisində Azərbaycan hakimiyyətinin tam bərpa edilməsinin və işğal nəticəsində sürgün edilən azərbaycanlıların yurdlarına qayıtmalarının tə`min edilməsi.
5. Xocalıda və başqa yerlərdə törədilən qətliamlarla əlaqədar istintaq və məhkəmələrin başladılmasın tə`min edilməsi;
6. İşğal nətcəsində Azərbaycana vurulan zərərə görə ermənilərin və Ermənistanın təzminat ödəmələri ilə əlaqədar məhkəmələrin başladılmasın tə`min edilməsi.
İclas iştirakçıları həmçinin 2021-ci il iyunun 11-də qurumun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə “Qarabağa Rusiyadan baxış” mövzusunda onlayn konfransın, iyunun 23-də Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi və humanitar fəlakətlər” mövzusunda konfransın, Beynəlxalq Qarabağ Forumunun 9-cu toplantısının Türkiyənin İğdır şəhərində cari ilin avqust ayında, Ərzurum Atatürk Universitetinin təşkilatçılığı ilə cari ilin oktyabr ayında Qarabağ və saxta “erməni soyqırımı” iddiaları ilə bağlı elmi-praktiki konfrans-simpoziumun keçirilməsi ilə bağlı da qərarlar qəbul ediblər.







