“Haber Global”: “Ermənistandan daha bir təxribat” – VİDEO

Türkiyənin Haber Global telekanalı Ermənistanın son təxribatları ilə bağlı proqram hazırlayıb. Canlı yayımda efirə çıxan verilişdə bölgəmizdə son 24 saat ərzində baş verənlər müzakirəyə çıxarılıb. Türkiyəli ekspertlər bu cür halların qarşısının alınması üçün Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar. Verilişdə Türkiyənin Azərbaycanın yanında olduğu bir daha qeyd edilib. Həmçinin, ölkəmizin bütün türk dünyası arasındakı…

“Qazaxıstan münaqişələrin həllində mühüm rol oynayacaq”

Roma Papası Fransisk Dini Liderlərin VII Qurultayında iştirak etmək üçün Qazaxıstana səfər edib. Pontifiki respublika prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Səfəri zamanı Papa İtaliyanın “ITA Airways” aviaşirkətinin xüsusi reysi Xorvatiya, Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Bolqarıstan, Türkiyə, Gürcüstan və Azərbaycan üzərindən uçub. Yaranmış ənənəyə görə, o, bütün bu dövlətlərin başçılarına salamlama teleqramları göndərib. Nur-Sultana yaxınlaşarkən papanın təyyarəsini…

“Bu təxribatların əsas səbəbi Paşinyan hökumətinin yürütdüyü yarıtmaz siyasətdir”

Britaniyalı jurnalist Neyl Vatson Ermənistan silahlı qüvvələrinin bölmələrinin sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsinə münasibət bildirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər. O qeyd edib ki, hazırda sərhəddə baş verən təxribatların əsas səbəbi Paşinyan hökumətinin yürütdüyü yarıtmaz siyasətdir: “Paşinyan Ermənistan tarixində Qarabağı itirən rəhbər…

ABŞ Qarabağa iki milyon ayırdı – VİDEO

ABŞ Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş ərazilərdə minalardan təmizləmə əməliyyatları üçün iki milyon dollar ayırır. Bu barədə bazar günü ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında deyilir. “Regional sülh və əməkdaşlığı təşviq etmək üçün Birləşmiş Ştatlar 2020-ci ilin payızında Cənubi Qafqazda Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında baş vermiş intensiv döyüşlərdən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları…

Ukrayna Krımı qaytardıqda onunla bağlı konsepsiya tamamilə çökəcək

Ermənistan Xarici İşlər Nazirliyi artıq bir aydır ki, Azərbaycanla sülh müqaviləsi mətninin layihəsini hazırlayır, ötən gün isə İrəvan mediasının məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan işi sürətləndirməyi tapşırıb. Amma çox güman ki, əsl tapşırıq tamamilə fərqlidir, çünki elə eyni erməni KİV-ləri Ermənistan və mövcud olmayan “Artsax”ın vahid dövlət olduğu barədə materialları aktiv şəkildə dərc etməyə…

Zaporojye AES fəaliyyətini tamamilə dayandırdı

Sentyabrın 11-də Zaporojye AES-in sonuncu – altıncı enerji bloku da enerji şəbəkəsindən ayrılıb. Bununla da AES fəaliyyətini tamamilə dayandırıb. Bu barədə Ukraynanın “Enerqoatom” qurumu məlumat yayıb. Qeyd olunub ki, son üç sutka ərzində altıncı enerji bloku yalnız “kritik aşağı güc səviyyəsində” fəaliyyət göstərərək AES-in öz ehtiyaclarını qarşılayıb. “Enerqoatom” AES-in fəaliyyətini dayandırmasına səbəb kimi Rusiyanın ərazini…

Minlərlə silahın nümayiş edildiyi sərgi – FOTO

Bu həftə Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri təşkil olunub. Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən “ADEX” müasir silah və texnika sərgisində Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü, qüdrəti, müasir silahlar nümayiş…

Ukrayna ordusu Çkalovsku azad etdi – VİDEO

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində daha bir yaşayış məntəqəsini azad edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında yazıb. Böyük Knyaz Romanın adını daşıyan 14-cü əlahiddə mexanikiləşdirilmiş briqada Çkalovska Ukrayna bayrağını sancıb. Xatırladaq ki, buna qədər Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Artemovka və Vasilenkovo ​​kəndlərini də azad etmişdi.  

Kral III Çarlz Bukinqem Sarayının qarşısında xalqla görüşdü – VİDEO

Kral III Çarlz anası Kraliça II Elizabetin ölümündən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Kral Londonda böyük kütlə qarşısına çıxaraq onlarla görüşüb, xalqı salamlayıb. Daha sonra Kral III Çarlz və Kraliça-konsort Kamilla Parke-Boulz Şotlandiyadakı Balmoral qalasından Bukinqem Sarayına gediblər. Burada insanlar onları çiçəklərlə qarşılayblar.