ABŞ İranın əxlaq polisinə və Quru Qoşunları komandanına sanksiyalar tətbiq etdi

ABŞ ötən həftə saxlanıldıqdan sonra vəfat edən iranlı Məhsa Əmininin ölümü ilə əlaqədar İranın əxlaq polisinə sanksiya tətbiq edib. Bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd edilir ki, əxlaq polisinə qarşı sanksiyalar “İranlı qadınlara qarşı zorakılıq, habelə İranda dinc nümayişçilərin hüquqlarının pozulmasına görə” tətbiq edilib. “Əxlaq polisi hicabı düzgün geyinmədiyi…

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası işçi qrupu Ermənistanın hücumları ilə bağlı bəyanat yaydı

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ermənistanın hücumları ilə bağlı bəyanat yayıb. APA-nın xəbərinə görə, işçi qrupunun sədri Bob Bləkmən tərəfindən verilən bəyanatda bildirilib ki, Ermənistan 13 sentyabr 2022-ci ildə Azərbaycanın suveren ərazisinə yeni qəddar hücumlar törədib. Qeyd edilib ki, heç bir səbəbi olmayan bu hücumlar günahsız mülkü şəxslərə, infrastruktura və Azərbaycan ordusuna qarşı yönəlib.…

Ukrayna İsraildən İranla bağlı kəşfiyyat məlumatlarını istəyib

Ukrayna kəşfiyyat məlumatlarının mübadiləsi və mövqelərin əlaqələndirilməsi üçün İsraillə dialoq kanalı yaratmaq istəyir. Bu məqsədllə ölkənin hərbi rəhbərliyi İsraildən İranın müharibədə Rusiya ordusuna verdiyi hər hansı dəstək haqqında kəşfiyyat məlumatlarını paylaşmasını xahiş edib. Məlumata görə, məsələ hələ bu ayın əvvəllərində Kiyevdə İsrailin Avropa və Asiya məsələləri üzrə nümayəndəsi Simona Halperin və İsrail səfiri Ukraynanın Yaxın…

Aİ Azərbaycanı Avropa Siyasi Birliyi liderlərinin toplantısına dəvət edib

Avropa İttifaqı (Aİ) liderlər zirvəsi öncəsi keçiriləcək Avropa Siyasi Birliyi liderlərinin toplantısında iştirak üçün Azərbaycana dəvət göndərib. Avropa Siyasi Birliyinin liderlərinin ilk görüşü oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada, Aİ liderlərinin sammitindən bir qədər əvvəl keçiriləcək. İclasa Aİ-nin 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub. Dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Çexiyanın…

İranda etirazlar davam edir – VİDEO

İranda əxlaq polisində Məhsa Əmini adlı gənc qadının ölümündən sonra başlayan etirazlar davam edir. Ölkənin müxtəlif şəhərlərində hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışır. Məlumata görə, Tehran, Urmiya, Təbriz və ölkənin digər iri şəhərlərində əhali küçələrə axışaraq hakimiyyətə qarşı şüarlar səsləndirir. Qadınlar isə baş örtüklərini yandıraraq aksiyalara dəstək verirlər. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılır. Qeyd edək…

ABŞ-da Türkiyə prezidentinə böyük rəğbət – VİDEO

BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-a yollanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda şəhər gəzintisinə çıxıb. Ərdoğan Mərkəzi Parkda yerli sakinlərlə söhbət edib. Rəcəb Tayyib Ərdoğana yaxınlaşanlar arasında ABŞ-da yaşayan albanlar da olub. Onlar Türkiyə liderinə rəğbət və heyranlıqlarını nümayiş etdiriblər.  

Azərbaycan boksçuları beynəlxalq turnirdə dörd medal qazanıblar

Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub. 21 ölkədən 189 idmançının mübarizə apardığı yarışı Azərbaycan millisi dörd medalla başa vurub. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, hindistanlı Tali Taba və qazaxıstanlı Uslam Seksenbayevi məğlub edən Kənan Babayev (48 kq) finalda Vişvanat Sureşlə (Hindistan) üz-üzə gəlib. Döyüşdə rəqib qələbə qazandığından Avropa çempionumuz gümüş medala…

Azərbaycanlılar Ermənistanın təxribatlarına etiraz olaraq Praqada piket keçiriblər

Çex Respublikasında yaşayan Azərbaycan icması paytaxt Praqa şəhərində icazəli piket keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Krizovnike Namesti meydanında baş tutan aksiyada soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılmasına, beynəlxalq təşkilatların ermənilərin Azərbaycan torpaqlarındakı vandalizm aktlarına səssiz qalmasına, yerli ictimaiyyətin diqqətini bölgədə sülhə mane…

Bayden Çinlə hərbi münaqişə vəziyyətində Tayvanın tərəfinə keçəcəyini vəd edir

ABŞ Prezidenti Co Bayden bildirib ki, Birləşmiş Ştatlar Tayvanı müstəqilliyə təşviq etmir, lakin Çinlə münaqişə vəziyyətində adanın yanında olmağa hazırdır. “Biz ada ilə əməkdaşlığa baxmayaraq, Tayvanı Çindən müstəqillik əldə etməyə təşviq etmirik”, – deyə ABŞ lideri CBS telekanalına müsahibəsində bildirib. Eyni zamanda, o qeyd edib ki, Tayvanla Çin arasında hərbi münaqişə yaranarsa, ABŞ adanı müdafiə…

“Rusiya bütün dünyanı təhlükə altında qoyur”

Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Ukrayna atom elektrik stansiyasına (AES) artilleriyadan endirilən zərbəni əks etdirən video yayımlayıb. Videoda AES-ə Rusiya tərəfindən atəş açılması əks olunub. “İşğalçılar yenidən atəş açmaq istədilər. Lakin atom elektrik stansiyasının nə olduğunu unudublar. Rusiya bütün dünyanı təhlükə altında qoyur. Biz çox gec olmadan bunu dayandırmalıyıq”, – deyə prezident qeyd edib.