“Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır”

“Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə deyib. Azərbaycan Prezidenti “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat…

“Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır”

“Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir”. Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib. “Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”, – Si Cinpin bildirib.

“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında Bakının işğaldan azad edilməsinin ildönümü münasibətilə təbrik mesajı paylaşıb. “Dostumuz, qardaşımız və ayrılmaz parçamız olan Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Biz əvvəlki kimi bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq”, – deyə dövlət başçısı yazıb.  

Moldovada yaşayan soydaşlarımızdan dəstək aksiyası

Moldovada yaşayan soydaşlarımız Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar Azərbaycana dəstək ifadə etmək və şəhidlərimizin xatirəsini ehtiramla yad etmək üçün ölkəmizin Moldovadakı səfirliyinin meydanına toplaşıblar. Görüşdə Moldova parlamentindəki hakim “Fəaliyyət və Həmrəylik” partiyasından olan deputat, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Vitali Jakot, Moldovada yaşayan soydaşlarımız, yerli sakinlər, müxtəlif icmaların nümayəndələri və gənclər iştirak ediblər. Görüş iştirakçıları…

“KTMT missiyasının Ermənistana göndərilməsi təklifini Vladimir Putin irəli sürüb”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistana göndərilməsi təklifi Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb”. Bunu brifinqdə jurnalistlər qarşısında çıxış edən KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib. KTMT-nin Qərargah rəisi əlavə edib ki, V.Putinin bu təklifi təşkilata üzv olan bütün dövlətlərin rəhbərləri tərəfindən yekdilliklə dəstəklənib.

Müharibəni bitirmək üçün Ukraynaya lazım olan silahlar açıqlandı

Müharibəyə son qoymaq üçün Ukraynaya daha çox silah lazımdır. Bunu Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” hesabında yazıb. O, müharibəyə son qoymaq və Rusiyanı Ukrayna ərazisindən çıxarmaq üçün lazım olan silahları sadalayıb: – Düşmənin arxa logistikasını pozmaq üçün yaylım atəşli reaktiv sistemlər; – Ərazilərin azad edilməsi üçün tanklar və zirehli transportyorlar; – Kritik…

Azərbaycan Prezidenti: “Allah şəhidlərimizə rəhmət eləsin”

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı sosial şəbəkədə paylaşım edib. Paylaşımda deyilir: “Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə…

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Sentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar Prezident İlham Əliyevə, onların yaxınlarına və Azərbaycan xalqına dərin…

Ukrayna “Rosatom”un Aİ-nin yeni sanksiyalar paketinə daxil edilməsini istəyir

Ukrayna Rusiyanın “Rosatom” şirkətini Aİ-nin yeni sanksiyalar paketinə daxil etmək istəyir. Bu barədə xarici işlər naziri Dmitri Kuleba məlumat verib. Nazir Aİ-nin səkkizinci sanksiya paketinin təfərrüatı ilə bağlı sualı cavablandırıb. O bildirib ki, Ukrayna Zelenskinin “Rosatom”un sanksiyalara cəlb edilməsi ilə bağlı tezisini irəli sürəcək. Kulebanın sözlərinə görə, bu məsələ xüsusilə Zaporojye AES-də baş verən hadisələrdən…