Bill Qeyts koronavirusun bitmə tarixindən danışdı
Koronavirusun yeni ştammlarının ortaya çıxmasına və peyvəndlərin kifayət qədər olmamasına baxmayaraq, COVID-19 pandemiyasının kəskin mərhələsi gələn ilin əvvəlində başa çata bilər. Bu barədə “Microsoft”un yaradıcısı Bill Qeyts şəxsi bloqunda məlumat paylaşıb. O, bildirib ki, “delta” ştammının belə yoluxucu variantının meydana çıxacağını və insanların peyvənd olunmağa və maska taxmağa bu qədər uzun müddət inandırılmalı olacağını gözləmirmiş.…










