Əli Musa: “Media haqqında yeni qanun layihəsi yeni bir başlanğıc və çağdaş media üçün yeni nəfəsdir” – Açıqlama

Hazırda ölkədə yetərincə media subyektləri mövcuddur və fəaliyyət göstərir. Bu günlərdə hazırlanaraq, qəbul edilməsi üçün Milli Məclisə təqdim olunan Media haqqında yeni qanun layihəsi peşəkar mətbuat fəaliyyətinə böyük stimul və yeni-yeni yolların və uğurların açılması üçün təqdirə layiqdir. Bu fikirləri Arazmedia.az-a “REZONANS İNFORMASİYA PORTALI” MMC-nin Baş direktoru Əli Musa bildirib. O bildirib ki, bu günə…

ABŞ və İsrail arasında kritik görüş

ABŞ dövlət katibi Entoni Blinken İsrailin xarici işlər naziri Yair Lapid ilə telefon danışığında ikitərəfli əlaqələr, Fələstin-İsrail nizamlanması və İranla bağlı vəziyyəti müzakirə edib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. “Tərəflər arasında bir sıra mövzular, o cümlədən ABŞ-İsrail arasında ikitərəfli münasibətlərin əhəmiyyəti, Fələstin-İsrail məsələləri və regionda baş verən hadisələr, o cümlədən İranın nüvə silahı…

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

ABŞ Maliyyə Nazirliyi Moskvada yerləşən YUSTO Avropa İnstitutu və onun rektoru Dmitri Soyin də daxil olmaqla, 15 fiziki və on hüquqi şəxsə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb. Onlar Şimali Koreya ilə əlaqələrə görə sanksiyaya məruz qalıblar. Nazirlik İnstitut və onun rəhbərini KXDR-dən olan yüzlərlə inşaat işçisinə tələbə vizalarının verilməsini təşkil etməkdə gühanlandırıb. Qeyd edək ki, “YUSTO…

“Bayden görüş zamanı bildirdi ki…”

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə telefon danışıqlarına dair açıqlama verib. Prezident Zelenski “1+1” kanalına verdiyi açıqlamada bu barədə danışıb. “Rusiyanın müstəqil ölkəmizin torpaqlarına qarşı gərginliyi artırmaqda davam etdirməyəcəyinə dair ABŞ-ı və bütün dünyanı təmin edəcəyi mesajını aldım”, -Ukrayna prezidenti ABŞ prezidenti Co Baydenlə görüşü haqqında danışarkən deyib.

Мехрибан Алиева, которая желает увидеть мир и спокойствие во всем мире

“Arazmedia.az” xəbər portalının baş redaktoru, jurnalist Fariz Quliyev rus dilində Birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında məqalə yazdı. Həmin məqaləni rus dilində olduğu kimi hörmətli oxuculara təqdim edirik. Первый Вице – Президент Азербайджанской Республики Мехрибан ханум Алиева, которую прекрасно знают все мировые народы, государства и лидеры, предвещает мир и спокойствие не только азербайджанскому народу, а…

Gənc diaspor fəalları bir neçə dəfə Britaniya çempionu olublar

Birləşmiş Krallıqda yaşayan gənc soydaşlarımız son illər ərzində idman sahəsində böyük uğurlar əldə etməkdədirlər. Belə gənclər arasında Mançester bölgəsinin Roçdeyl şəhərində yaşayan 18 yaşlı Həyat və 17 yaşlı Adil İqbal Bhattilər də var. Taekvando ilə məşğul olan Həyat üc dəfə, Adil isə iki dəfə Böyük Britaniyanın milli çempionatının qalibi olub. Hər ikisi qara kəmər sahibidir.…

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır.…

“Türkiyəni buna məcbur etmək mümkün olmayacaq”

“Cənubi Qafqaz və Orta Asiya türk bayrağını başları üstünə qaldırdanda nə təhdid, nə də sanksiyalar yolu ilə Türkiyəni bu bölgələrdən çıxarmaq mümkün olacaq”. Bu barədə Rusiyanın TASS xəbər agentliyində dərc olunan təhlildə bildirilib. Təhlilfə Türkiyə istehsalı “Bayraktar TB2” PUA-larına diqqət çəkilib. Nəşr türk dronlarının indi dünyanın hərbi texnologiyası sahəsində aparıcı rol oynayır: “Ankara zamanın ruhunu…

Ərdoğanın təklifi qəbul edildi: 5 ölkə bir araya gəlir

Prezident Rəcəb Tayyib Ərdoğanın Qafqazda sabitlik və sülhə çağırdığı və Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistanın daxil olacağı “Altılıq” platforması təklifi qəbul edildi. Bu gün Moskvada 3+3 formatında regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək. Bu barədə Türkiyənin “Haberler” qəzetində dərc olunan məqalədə bildirilib. Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək iclasa Azərbaycan, Ermənistan, Rusiya, İran…

Rusiyaya qarşı birgə addım…

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefon danışığında Donbas məsələsini müzakirə edib. Görüşdə Ukrayna ətrafında təhlükəsizlik və sülhün təmin olunması yolları müzakirə olunub. Tərəflərin Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşün nəticələrinin qiymətləndirildiyi görüşdə Zelenski Amerika liderinə ölkəsinin suverenliyi və ərazi bütövlüyünə davamlı və qətiyyətli dəstəyinə görə təşəkkür edib. Zelenskinin Donbas münaqişəsini…