Vətən müharibəsi iştirakçısı jurnalist Toğrul Həsənov: “Vətəni qorumaq mənim üçün böyük şərəfdir!” (MÜSAHİBƏ)

Rezonans.az “Vətən müharibəsi qəhrəmanlarını tanıyaq!” silsiləsini davam etdirir. Bu gün ki, müsahibimiz ötən ilin 44 günlük Vətən müharibəsində könüllü olaraq fədakarlıq göstərən əsgərlərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniversitetinin məzunu, Rezonans.az informasiya portalının Baş redaktor müavini, jurnalist Toğrul Həsənovdur. – Salam Toğrul! Aldığımız məlumata əsasən ötən ilin Vətən müharibəsində iştirak edən oğullarımızdan biri də sənsən.…

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

İyunun 10-da Bakıda Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin məlumatına görə, Tərəflər hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə ikitərəfli hərbi əməkdaşlığın əsas istiqamətləri,…

Ankarada Azərbaycan və Türkiyə XİN-ləri arasında məsləhətləşmələr keçirilib

10 iyun 2021-ci il tarixində Ankara şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikasının Xarici İşlər Nazirlikləri arasında iki ölkənin xarici işlər nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələri keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub. Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin…

Ərdoğanla Baydenin görüşündən əvvəl ABŞ-dan qalmaqallı AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Co Baydenlə iyunun 14-nə NATO zirvəsi çərçivəsində planlaşdırılan görüşündən əvvəl ABŞ-dan qalmaqallı açıqlamalar səslənib. “Haber Global” məlumat verir ki, ABŞ Dövlət katibi Entoni Blinken bəzi iddialarla çıxış edib. “Aramızdakı ayrılıqlar sirr deyil. Türkiyə NATO-nun müttəfiqi kimi davranmır”, – deyə o, Ankaranın Moskva ilə S 400-lərlə bağlı razılaşmasını xatırladıb.…

DİN: Bakı Olimpiya Stadionu tam nəzarətə götürülüb

Bakı Olimpiya Stadionu və onun ətrafı polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb. Platform4.news xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels…

Mehriban Əliyeva Ramiz Əzizbəylinin dəfn mərasiminə əklil göndərib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin dəfn mərasiminə əklil göndərib. Platform4.news “Report”a istinadən xəbər verir ki, əklil mərhumun “Qurd qapısı” qəbiristanlığında məzarı üzərinə qoyulub. Qeyd edək ki, R.Əzizbəyli iyunun 9-da 73 yaşında koronavirusdan dünyasını dəyişib.

Medianın İnkişafı Agentliyinin yaradılması mətbuata hansı töhfələr verəcək? – Əməkdar jurnalistdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ölkə başçısının 12 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib. Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru…

Bu qadağalar LƏĞV EDİLİR

Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklər edilib. Nazirlər Kabinetinin 167 №-li Qərarı: Dəyişikliklərə əsasən: 1) Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək. Bunndan əvvəl Azərbaycan Respublikasından yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR…

Həmvətənimiz İsveçdəki İnzibati və Miqrasiya məhkəməsinin münsiflər heyətinə üzv seçilib

İsveçdə yaşayan həmyerlimiz Turan Əliyev Höteborq bölgəsi üzrə İnzibati və Miqrasiya məhkəməsinin münsiflər heyətinin üzvü (jüriman) seçilib. Ölkənin Mərkəz Partiyasının (Centerpartiet) bölgə üzrə nümayəndəliyi Turan Əliyevə etimad göstərərək, bu vəzifəyə onun namizədliyini irəli sürüb. Västra Götaland bölgə parlamentinin 8 iyun 2021-ci il tarixində keçirilən iclasında soydaşımızın namizədliyi səsvermə yolu ilə təsdiqlənib. İsveçdə Inzibati məhkəmə sisteminə…

Qəbələ rayon Ağsaqqallar Şurasının hesabat-seçki iclası keçirilib

Bu gün Qəbələ rayon Ağsaqqallar Şurasının hesabat-seçki iclası keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Platform4.news  Rezonans.az-a istinadən xəbər verir ki, Qəbələ “Qafqaz Sport” hoteldə  keçirilən tədbiri  giriş sözü ilə Qəbələ Rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında…