“Ekoloji Təmiz Məhsul Istehsalçıları və Ixtiraçıları” Ictimai Birliyinin ümumi yığıncağı keçirilib

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib. Ümumi Yığıncaqda sədr Emin Əliyevin iki illik fəaliyyət hesabatının qiymətləndirilməsi, yeni idarə heyəti və Nəzarət Təftiş Komissiyasının tərkibinin seçilməsi, cari mövzuların müzakirə edilməsi planlaşdırılmışdı. Ümumi Yığıncağın yekununda ölkə başçısı cənab İlham Əliyevə müraciətin ünvanlanması da nəzərdə tutulurdu. Rezonans.az xəbər verir ki, ilk olaraq sədr Emin…

Rusiya və Türkiyə rəsmən elan etdi

Rusiya və Türkiyə arasında bütün təyyarə reysləri iyun 22-dən etibarən bərpa olunur. Bu barədə “TRT haber” məlumat yayıb. Məlumata görə, ölkələr arasında bu barədə razılıq əldə olunub. Qeyd edək ki, Rusiya pandemiya ilə bağlı vəziyyəti əsas gətirərək, aprelin 15-dən Türkiyə ilə hava əlaqəsini dayandırıb. Bəzi dairələr bu qərarı siyasi məsələlərlə əlaqələndirib. Bu gün xarici mənbələr…

“Ermənistanın bu mövqeyi bölgədə sülhün təmin olunmasına başlıca maneədir” – XİN

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Şuşa Bəyannaməsi ilə bağlı açıqlamasını şərh edib. XİN-in açıqlamasında deyilir: Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini şərh edərək bu sənədin erməni xalqına qarşı yönəldiyini iddia edən Ermənistan XİN-i hələ də Ermənistanın onilliklər ərzində davam edən təcavüzkar siyasətinin, qonşu dövlətin ərazilərinə olan iddialarının,…

Şuşa sazişində nələr var?-Qarşılıqlı hərbi yardım

TRT Haber kanalı Şuşadan yayımladığı canlı yayımda Azərbaycan və Türkiyə Prezidentləri arasında imzalanmış sənədin strateji əhəmiyyət daşıyan mühüm detallarını açıqlayıb. Şuşa bəyannaməsində qeyd edilir ki, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının ərazi bütövlüyü, dövlət suverenliyi və sərhədlərinin toxunulmazlığına üçüncü ölkə tərəfindən təhlükə yaranacağı təqdirdə, hər iki ölkə Birləşmiş. Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq, qarşılıqlı hərbi yardımın…

Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib

Avropa məkanında yerli özünüidarə orqanlarına məsul nüfuzlu qurum olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 40-cı sessiyası çərçivəsində iyunun 17-də Yerli Özünüidarəetmə üzrə Avropa Xartiyasının tətbiqi ilə bağlı Azərbaycan üzrə monitorinq hesabatının müzakirəsinə dair videokonfrans formatında dinləmə keçirilib.   Platform4.news Rezonans.az – a istinadən xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycanın ədliyyə nazirinin müavini Vilayət Zahirov…

Azərbaycanlılar BBC-nin binası qarşısında aksiya keçirib

Diasporla İş üzrə Dövlət Komitəsinin texniki dəstəyi, “Natavan Qrup”u və Britaniya Azərbaycanlıları Assosiasiyasının birgə təşkilatçılığı ilə bu ölkədəki Azərbaycan icması BBC teleradioyayım korporasiyasının əsas binasının qarşısında aksiya keçirib. Aksiyanın məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun, eləcə də yerli məmurun mina partlayışı nəticəsində həlak olmasına diqqəti cəlb etmək…

İlham Əliyev: “Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”

“Bu gün imzalanmış Müttəfiqlik haqqında Birgə Bəyannamə əlaqələrimizi, münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir. Bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”. Bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib. “İmzalanmış Bəyannamə tarixə əsaslanır.…

Azərbaycan ilə Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Şuşa Bəyannaməsini Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar  

15 iyun Milli Qurtuluş Günü münasibətilə Tovuzda bayram tədbiri keçirilib

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə növbəti bayram tədbiri Tovuz şəhərində keçirilib. Rezonans.az xəbər verir ki, öncə Heydər Əliyev adına istirahət parkında Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbirdə bir sıra səlahiyyətli şəxslər, ziyalılar, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib. Bayram münasibəti ilə…

İlham Əliyev Daşaltıda inşa olunacaq tunelin təməlini qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub. Dövlətimizin başçısına tunelin texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, burada ümumilikdə iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev…