Rusiyada COVID-19 tüğyan edir

Rusiyada son sutka ərzində koronavirus səbəbindən ölənlərin sayı 672 nəfərə yüksəlib. Bu pandemiyanın başlanğıcından yeni rekord göstəricidir. Bir gün əvvəl isə virus səbəbindən 669 nəfər dünyasını dəyişmişdi. Eyni zamanda Rusiyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma sayı 23 min 543 nəfərə yüksəlib ki, bu da 17 yanvardan bəri ən yüksək göstəricidir. Ümumilikdə, ölkədəki infeksiya səbəbindən ölənlərin sayı…

Azərbaycanda 87 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 335 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 193 nəfər müalicə olunaraq sağalıb, 4 973…

Hindistanda dünyanın ən təhlükəli virusu aşkarlandı

Hindistanın milli virusoloğiya İnstitutunun alimləri ilk dəfə yarasalarda “Nipax” (NiV) virusu aşkar ediblər. Bu haqda “The İndian Express” Hindistanın tibbi araşdırmalar Şurasının həmin İnstitutla birgə apardığı araşdırmaların nəticələrinə istinadən xəbər verir. Təbiətdə yarasalarda mövcud olan həmin virus insanlarda ağır xəstəliyə səbəb olur, beyin iltihabı (ensefalit) və ya tənəffüs yolları xəstəlikləri ilə müşaiyət olunur. Virus insanlara…

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 695 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 574, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 121 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 348 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 138 684, ikinci…

“Vaxtında operativ addımlar atıldı, nəticə göz qarşısındadır” – Millət vəkili

Pandemiya dövründə ayrı-ayrı dövlətlərin daha böyük uğurlara imza atdığı bəllidir. Bu dövlətlər sırasında Azərbaycan xüsusi yer tutur. Dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında həm milli, həm də regional səviyyədə pandemiyaya qarşı mübarizə prosesinə ciddi töhfələr verib. Elə bunun nəticəsidir ki, ölkəmizdə koronavirusa yoluxma faizi kəskin aşağı düşüb, eyni zamanda hər gün ölkədə 30-35 min insan…

Yoluxma sayı bu gün də azaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 335437 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329462 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat…

Pandemiya dövründə metrodan istifadə qaydaları

Pandemiya dövründə metrodan istifadə qaydaları Tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir; Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər cərimlənəcəklər; Yüksək hərarəti olanlar metroya buraxılmayacaqlar; Metroda fəaliyyət göstərən apteklərdə tibbi maska satılacaq; 31 may saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma bərpa olunur. Metro şənbə və bazar günləri işləməyəcək.