Türkiyəli səfir Şuşada Hikmət Hacıyevlə çörək kəsdi

Xəbər verdiyimiz kimi, Azərbaycandakı diplomatik korpusun nümayəndələri ötən gün Şuşada olublar. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı sosial şəbəkədə Şuşa səfərindən maraqlı foto paylaşıb. O, Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə çörək kəsərkən çəkilmiş fotosunu paylaşaraq yazıb: “Bir türk adəti. Hikmət Hacıyevlə belə çörək kəsdik”.

Xərçəng xəstəliyi ilə mübarizə aparan sənətçi:

Xərçəng xəstəliyi ilə mübarizə aparan və Türkiyədə üç dəfə əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayev müalicədən sonra ilk dəfə efirə çıxıb. Ağadadaş Ağayev Azad Azərbaycan Televiziyasında səhhətindən danışıb: “Xəstəlik zamanı bütün yaxınlarımla, doğmalarımla pozitiv oldum. Onları yüklənməyə qoymadım, dəstək oldum, təsəlli verdim. Hətta həyatda insan yaxşı adam olmasa belə, Allaha təslim olursan. Bu zaman isə…

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar. Qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli…

Türkiyə ilə Qarabağla bağlı filmlərin istehsalı müzakirə olundu

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino İdarəsinin baş direktoru Erkin Yılmaz, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, Mədəniyyət…

“Teatrlar açıla bilər” – Nazir

“Teatrlar açıla bilər”. Bunu mədəniyyət naziri Anar Kərimov deyib. “Biz təkliflərimizi vermişik. Bu sahədə pozitiv xəbərlər olacaq. Biz özümüz də teatrların açılmasını səbirsizliklə gözləyirik. Dəqiq tarix deyə bilmərəm, ancaq teatrların bu yaxınlarda açılma ehtimalı var”, – deyə nazir qeyd edib.

15 iyun Milli Qurtuluş Günü münasibətilə Tovuzda bayram tədbiri keçirilib

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə növbəti bayram tədbiri Tovuz şəhərində keçirilib. Rezonans.az xəbər verir ki, öncə Heydər Əliyev adına istirahət parkında Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbirdə bir sıra səlahiyyətli şəxslər, ziyalılar, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib. Bayram münasibəti ilə…

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Ağstafada geniş bayram konserti keçirilib

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Ağstafada ümumrayon tədbiri, geniş bayram konserti keçirilib. Rezonans.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Bayram münasibəti ilə Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi və Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə açıq…

Mehriban Əliyeva Ramiz Əzizbəylinin dəfn mərasiminə əklil göndərib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin dəfn mərasiminə əklil göndərib. Platform4.news “Report”a istinadən xəbər verir ki, əklil mərhumun “Qurd qapısı” qəbiristanlığında məzarı üzərinə qoyulub. Qeyd edək ki, R.Əzizbəyli iyunun 9-da 73 yaşında koronavirusdan dünyasını dəyişib.

Şuşada daha bir festival keçiriləcək – Açıqlama

Qarabağın mədəniyyət paytaxtı olan Şuşada kulinariya festivalı keçiriləcək. Festivala dünyanın müxtəlif ölkələrindən kulinarların dəvət olunmasıda nəzərdə tutulur. Bu barədə Modern.az-a məlumat verən Azərbaycan Milli Kulinariya Assosiasiyasının baş direktoru Tahir Əmiraslanov festival haqqında danışıb. “Biz döyüş başlayan gündən cəbhə xəttində idik. Şuşa azad edilən günün səhəri orada 3 bayraq var idi. Azərbaycan, Türkiyə və Milli Kulinariya…

Xarkovda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosoflarına həsr olunmuş abidənin təqdimatı keçirilib

Xarkov şəhərində abadlaşdırılan “Filosoflar meydanı”nda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosoflarına həsr olunmuş abidə-kompozisiyanın təqdimatı keçirilib. PLATFORM4.NEWS  AZƏRTAC – a istinadən xəbər verir ki, abidə Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov tərəfindən hazırlanıb. Qazaxıstanın Xarkovdakı fəxri konsulu, azərbaycanlı Emin Nəcəflinin maliyyə dəstəyi ilə gerçəkləşən kompozisiya azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadəyə,…