DİN-in Polis Akademiyasının əməkdaşları tərəfindən Şabran, Siyəzən, Xaçmaz, Şəmkir, Göyçay, Biləsuvar, Bərdə, Şamaxı, Hacıqabul və Kürdəmir rayonlarındakı məktəb müəllimləri və IX-XI sinif şagirdləri ilə görüşlər keçirilmişdir.
Görüş iştirakçılarına polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi, yeniyetmə və gənclərimizin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində söhbətlər aparılmışdır.












