700 bal toplayan şagird Azərbaycan universitetlərindən imtina etdi

Bu il  IV ixtisas qrupu üzrə ən yüksək – 700 balı toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edib. Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Bildirilib ki, Nigar burs qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub. Qeyd edək ki, Nigar Ağazadə 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci…

Ayın qədim Yerin bir hissəsi olduğuna daha sübut tapıldı

Sürix Universitetinin geofizikləri Ayın vaxtilə Yerin bir hissəsi olduğuna dair yeni sübutlar tapıblar. Ayın mənşəyi ilə bağlı bəzi fərziyyələrə görə, o, bu və ya digər səbəbdən – məsələn, təxminən 4,5 milyard il əvvəl Mars ölçüsündə olan obyektlə toqquşmadan sonra gənc Yerdən ayrılan maddədən əmələ gəlib. Bu versiyanı sınaqdan keçirmək üçün alimlər Antarktida buzundan çıxarılmış altı Ay…

“Döyüş hazırlığı tapşırıqları operativ icra olunmalıdır”

Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gün nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə naziri…

BMT Zaporojye AES ətrafında təhlükəsizlik perimetri yaratmağa çağırıb

BMT-nin Baş katibi Antonio Qutyerreş Zaporojye atom elektrik stansiyasının ətrafında təhlükəsizlik perimetrinin tətbiqinə çağırıb. Bu barədə onun bəyanatında deyilir. Qutyerreş Rusiya və Ukrayna silahlı qüvvələrini “atom elektrik stansiyasının bilavasitə yaxınlığındakı istənilən hərbi əməliyyatları dərhal dayandırmağa çağırır. Eyni zamanda, onun obyektlərini və ətrafını hədəf kimi istifadə etməməyi tələb edir. Bundan əlavə, bütün hərbi personalın və texnikanın AES-dən…

“Finlandiya və İsveç terrorçularla bağlı öhdəliklərini hələ də yerinə yetirməyib”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç və Finlandiya Ankaranın NATO-ya daxil olması ilə bağlı etirazlarını aradan qaldırmaq üçün üzərinə götürdükləri öhdəlikləri hələ də yerinə yetirməyib. Nazirin sözlərinə görə, Skandinaviya ölkələri Türkiyə ilə razılaşmalar üzrə hələlik konkret addımlar atmayıb. Çavuşoğlu qeyd edib ki, bu problemin müzakirəsi üçün üç ölkənin birgə komitəsinin ilk iclası…

Rusiyalılar milyardlarla dollar alır və ölkədən çıxarırlar

İyulda rusiyalılar birjada rekord məbləğdə xarici valyuta alıblar. Bu barədə Rusiya Mərkəzi Bankının Maliyyə Bazarları üzrə Risk İcmalında bildirilib. Məlumata görə, uzun müddət ərzində ilk dəfə olaraq fiziki şəxslər xarici valyutanın ən böyük alıcıları olublar. Belə ki, iyundakı 176,1 milyard rubla qarşı iyulda 237,1 milyard rubl dəyərində valyuta alınıb. Vətəndaşlar valyutanı əsasən banklar vasitəsilə alaraq…

“Laçın dəhlizi məsələsi üçtərəfli bəyanatlara uyğun olaraq həll edilməlidir”

“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Azərbaycanın Qarabağ bölgəsi ilə Ermənistanı birləşdirən yeni yolun tikintisi tələb olunur: sənədə əsasən, o, imzalanmadan sonra üç il ərzində tikilməli idi”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə deyib. O, bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il,…

Şuşada qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı

“Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nın təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. Şuşa…