Ən sürətli “McLaren”in son nüsxəsi satışa çıxarılıb

“Canepa” diler mərkəzi “McLaren Speedtail” hiperkarının son nüsxəsini satışa çıxarıb. O, məşhur amerikalı yarış avtomobili pilotu və kolleksiyaçı Bryus Kanepa tərəfindən sifariş edilib. Avtomobilin xarici dekorasiyası incə karbon lifindən hazırlanıb. Hiperkarın satış qiyməti açıqlanmayıb. Qeyd edək ki, “Speedtail” markanın ən sürətli modelidir. Hiperkarın maksimum sürəti saatda 403 kilometrdir və bu, bir illik sınaq proqramı çərçivəsində…

İran Ukraynada müharibə aparmaq üçün Rusiyaya PUA-lar göndərib

İran Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya PUA-ların ilk partiyasını göndərib. Bu barədə “The Washington Post” təhlükəsizlik xidmətlərinə yaxın olan, adı açıqlanmayan həmsöhbətlərinə istinadən yazır. “Mohajer-6” və “Shahed” PUA-ları avqustun 19-da göndərilib. Qəzetin kəşfiyyat xidmətinin adının açıqlanmayan nümayəndəsinə istinadən verdiyi məlumata görə, Rusiya hərbçiləri qurğuların ilk sınaqları zamanı bir sıra nasazlıqlarla üzləşiblər.

İlham Əliyev bir qrup şəxsi “Dostluq” ordeni ilə təltif etdi

Özbəkistan Respublikasının bir sıra mədəniyyət xadimləri “Dostluq” ordeni ilə təltif edilirlər. Prezident.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Dostluq” ordeni ilə təltif edilsinlər: İsmayılov Haşimjon; Nəsirli Əli Heydər oğlu; Urinbayev Kamoliddin Turdimuratoviç”.

“Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi naməlumdur”

“Bu gün Beynəlxalq İtkinlər Günüdür. Demək olar, üç onillikdir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi naməlumdur”. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib. O qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirmək üçün Ermənistana beynəlxalq təzyiq göstərməyə çağırır.  

Laçın şəhəri, Zabux və Sus kəndlərinə işıq verildi – VİDEO

Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçən kimi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirəsalınmaz işlərə başlanılıb. Bu barədə “AzəEnerji” ASC məlumat yayıb. Belə ki, “AzəEnerji” tərəfindən Laçın şəhərində ermənilər tərəfindən tamamilə dağıdılmış mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görülüb, əraziyə…

Şarl Mişel İlham Əliyevə zəng edib

Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezident.az məlumat yayıb. Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.

Tayvan ilk dəfə Çin hərbi PUA-sına atəş açıb

Tayvan hərbçiləri ilk dəfə Çin ordusuna məxsus pilotsuz uçuş aparatına xəbərdarlıq atəşi açıb. Hadisə PUA-nın Kinmen adalarına yaxınlaşması zamanı baş verib. Xəbərdarlıqdan sonra dron ərazidən uzaqlaşıb. Qeyd edək ki, son aylarda ABŞ adaya hərbi-siyasi dəstəyi daha da artırıb. Yaxın günlərdə ABŞ prezidenti Co Bayden Konqresdən Tayvana ümumilikdə 1,1 milyard dollarlıq silah satışına razılıq verilməsini xahiş…

Mixail Qorbaçov öldü

Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçov 92 yaşında vəfat edib. Bu barədə Moskva Mərkəzi Klinik Xəstəxanadan bildirilib. “Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib”, – Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib. SSRİ-nin keçmiş rəhbri Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə…

“Mənə sui-qəsd etmək istədilər” – VİDEO

Ukraynada müharibəni işıqlandıran azərbaycanlı jurnalist, Baku TV-nin Şərqi Avropa bürosunun müxbiri Mübariz Aslanov “O kimdir?” verilişinin qonağı olub. Jurnalist Ukraynada şahidi olduqlarından, müharibənin dəhşətlərindən, ukraynalı uşaqların aldığı travmalardan danışıb. “Artıq ukraynalılar müharibəyə öyrəşir. Eləcə də səbirləri tükənir, müharibənin bitməsini istəyirlər. Gün keçdikcə nifrət də artır. Çünki onların ölkəsinə girən ordu hər gün uşaqları, qadınları öldürür,…

Rusların Ukraynaya vurduğu ziyanın məbləği açıqlanıb

Rusiyanın genişmiqyaslı təcavüzündən sonra Ukraynanın bərpası 600-800 milyard dollara başa gələcək. İndi biz infrastrukturun bərpasına diqqət yetirməliyik. Bunu prezident Vladimir Zelenski “Fransa Müəssisələri Hərəkatı”na müraciəti zamanı deyib. “600-800 milyard onların Luqanoda dedikləridir. Məbləğ içtimayətə açıqlanmışdır. Sübut edilmiş analitika ilə bu həcmlər təsdiq olub. Hər şeyi yenidən bərpa etmək üçün təxminən belə həcmlərə ehtiyac var”, –…