Pakistan Hindistanın S-400 sistemlərinə qarşı tədbirlər görür

Hindistan Hərbi Hava Qüvvələri Pakistan yaxınlığındakı Pəncab vilayətində yerləşən aviabazalardan birində Rusiyadan alınan S-400 “Triumf” Zenit-Raket Komplekslərinin (ZRK) ilk partiyasını yerləşdirib. Pakistan ZRK-nın yerləşdirilməsindən sonra Hindistan tərəfdən yaranan təhlükə ilə mübarizə aparmaq üçün tədbirlər gördüyünü təsdiqləyib. Pakistan ordusunun nümayəndəsi, general-mayor Babar İftixar bildirib ki, ordu Hindistanın son yerləşdirmə və satınalmalarından xəbərdardır. “Biz tədbirlərimizi gördük və…

Britaniya Rusiyanı “təcavüzkar” adlandırdı

Britaniya Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya görə Rusiyaya xəbərdarlıq edib. Xəbərdarlıqda Britaniya Rusiyanın Ukraynanı işğal etməsi halında, özünün Qərbdəki tərəfdaşları ilə Rusiyanın maliyyə sektorunu hədəf alan yüksək təsirli sanksiyalar tətbiq edəcəyini bildirilib. Xarici işlər naziri Elizabet Trass parlamentdə Rusiyanın demokratik qonşularını alt-üst etmək üçün apardığı kampaniyanı qəbul etməyəcəklərini deyib: “Onlar aqressiv mövqelərinə haqq qazandırmaq üçün…

Yaponiyada koronavirusun altıncı dalğası başlayıb

Yaponiyada koronavirus infeksiyalarının altıncı dalğası başlayıb. Bunu Yaponiya Həkimlər Assosiasiyasının rəhbəri Toşio Nakaqava təşkilat həkimlərinin fikrinə əsasən deyib. “Biz hesab edirik ki, ölkə altıncı dalğaya qədəm qoyub. Xüsusilə bu dəfə xəstəliklərin artım tempi son dərəcə yüksəkdir”, – məlumatda bildirilib.

Qazaxıstana qoşun yeridilməsini Bakıdakı qanlı yanvarı xatırladır

Tanınmış sovet və Rusiya jurnalisti Andrey Karaulov etirazları yatırmaq üçün Qazaxıstana Rusiya desant qoşunlarının (KTTM sülhməramlıları adı altında) yeridilməsini kəskin pisləyib. Jurnalist Qazaxıstana qoşun yeridilməsini sovet qoşunlarının 1990-cı ilin yanvarında Bakıya qanlı müdaxiləsi ilə müqayisə edib. Özünün YouTube-daki müəllif proqramında Karaulov qeyd edir ki, KTMT barədə müqaviləyə əsasən Rusiyanın və digər üzv ölkələrin Qazaxıstana qoşun…

Qazaxıstanla həmrəy olduğumuzu bəyan edirik

“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”. Bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub. “Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi…

İlham Əliyev Medvedevə etiraz məktubu göndərdi

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib. Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib. Onun bu addımı Azərbaycan rəhbərliyinin ciddi etirazına səbəb olub. Belə ki, Azərbaycan prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının…

Beynəlxalq Qarabağ Forumu gündəm məsələlərini müzakirə etdi

Beynəlxalq Qarabağ Forumunun (BQF) Koordinasiya Şurası videokonfrans formatında növbəti iclasını keçirib. İclasa növbəlilik əsasında İsveç nümayəndəsi, diaspor rəhbəri, regional parlamentin üzvü İradə Əliyeva Söderberq moderatorluq edib. İclasda əvvəlcə təşkilati məsələlərə baxılıb, Gürcüstandan təhsil işçisi, ictimai xadim Sayad Xəlilov, Azərbaycandan yazıçı-publisist Fəzli Qasımov (Mir), Beynəlxalq Qarabağ Forumuna  və qurumun Koordinasiya Şurasına üzv seçiliblər. Forum üzvləri təmsil…

Baydenlə Putin arasında sərt danışıqlar

ABŞ prezidenti Bayden və Rusiya prezidenti Putin arasında növbəti söhbət telefonla baş tutub. Ağ Evdən verilən açıqlamada görüşün Rusiya prezidentinin təklifi ilə baş tutduğu, habelə Baydenin ABŞ-Rusiya münasibətləri baxımından liderlər səviyyəsində birbaşa ünsiyyətin düzgün olduğuna inandığı üçün razılaşdığı bildirilib. Ağ Ev həmçinin qeyd edib ki, dekabrın 30-da baş tutan söhbət 10 yanvarda keçiriləcək ABŞ-Rusiya danışıqlarının…

Putinin blef etdiyini üzə çıxarmağın vaxtıdır

NATO-nun keçmiş baş katibi alyansı Rusiyaya təhlükəsizlik zəmanəti verməməyə çağırdı NATO Rusiya prezidenti Vladimir Putinin Ukraynanı müdaxilə ilə hədələməklə öz təhlükəsizlik tələblərinə nail olmaq cəhdlərinə boyun əyməməlidir. Əks halda Kreml öz məqsədinə – alyansın dağılmasına bir addım da yaxınlaşacaq. Bu sətirlər NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin ABŞ-ın “Politico” nəşri üçün yazdığı məqalədəndir. Danimarkalı siyasətçi NATO müttəfiqlərini…

Çində səfərbərlik elan edilib

Çin Xalq Respublikasının Sədri Si Cinpin silahlı qüvvələrin təlimləri üçün səfərbərlik elan edib. Çin silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın da sədri olan Si Cinpinin səfərbərlik haqqındakı sərəncamı Çin ordusunda 2022-ci il üçün təlimlərin başlanğıcı hesab edilir. Təlimlər Çin Kommunist Partiyası və Mərkəzi Hərbi Şuranın təlimat və tapşırıqlarına uyğun təşkil olunur. Sərəncamda…