“Miqrasiya Məktəbi – 4” layihəsi fəaliyyətə başlayıb

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Miqrasiya Məktəbi – 4” layihəsinə start verilib. Açılış tədbirində əvvəlcə müsabiqədə uğur qazanmış 20 iştirakçını təbrik edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təşkil olunan kursun əhəmiyyətindən danışıb. DMX tərəfindən miqrasiya sahəsində savadlı, peşəkar mütəxəssislərin hazırlanmasına…

Deputat Elman Nəsirov Cəlilabadda şəhid ailələrini ziyarət etdi, kəndlərdə yol çəkilişi işləri ilə tanış oldu

Milli Məclisin deputatı Elman Nəsirov 3-5 yanvar tarixlərində 68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan İranla həmsərhəd kəndlərdə aparılan əsaslı yol təmiri işlərinin gedişi ilə yerindəcə tanış olmuş, Əliqasımlı kəndində isə şəhid ailələri ilə görüşmüşdür. ​Deputat Elman Nəsirov həmin kəndlərdə yüksək keyfiyyətli yol çəkilişi prosesi ilə yerindəcə tanış olaraq bildirmişdir ki, möhtərəm Prezident cənab…

“Şuşa İli” Qarabağın təhlükəsizliyinin gücləndirilməsi baxımından çox önəmli il kimi yadda qalacaq

Ukraynada yaşayan azərbaycanlı ziyalılar Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsini strateji və əhəmiyyətli hesab edirlər. “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının sədri, hüquq elmləri doktoru, professor Arif Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, dövlətimizin başçısının 2022-ci ili “Şuşa İli” elan etməsi şəhərin yubileyi ilə yanaşı, Azərbaycanın milli-mədəni dəyərlərinin yeni meyarlarla bərpasının rəmzi deməkdir. “Bu,…

Truskavets şəhər meri Dövlət Komitəsinə təşəkkürünü bildirib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukraynanın Truskavets şəhərinin meri Andrey Kulçinski Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovu təşəkkürnamə ilə təltif edib. Mer A.Kulçinski və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qurban Abbasovun imzaladıqları təşəkkürnamədə Truskavets şəhərində görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş IV…

Azərbaycanla “iki dövlət, bir millət” anlayışı ilə birlikdə olmağa davam edəcəyik

“Tarixi prosesdəki fəlakətləri, çətinlikləri azərbaycanlı qardaşlarımızla birlikdə yaşadığımız kimi, bundan sonra da “iki dövlət, bir millət” anlayışı ilə kədərdə, sevincdə bir yerdə olmağa davam edəcəyik”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatında həlak olanların anım mərasimində deyib. “Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz Cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı…

“Hər zaman Qazaxıstanın yanındayıq”

“Qazaxıstandakı son hadisələri yaxından izləyirik”. Bu sözləri Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib. “Qazaxıstan bizim önəmli müttəfiqimizdir. İnanırıq ki, Qazaxıstan, oradakı qardaşlarımız öz imkan və bacarıqları ilə bütün çətinliklərin öhdəsindən gələcəklər. Biz hər zaman olduğu kimi bu gün də Qazaxıstanın yanındayıq. Cənab Prezidentimiz istənilən məlumat və təcrübə mübadiləsinə hazır olmağımız barədə açıqlama verib. Bu…

Avropadakı hərbçilərin sayını azaltmayacağıq

ABŞ Avropadakı qoşunlarının sayının azaldılması məsələsini nəzərdən keçirmir. Bu barədə Pentaqonun sözçüsü Con Kirbi tviter səhifəsində yazıb. O, qeyd edib ki, ABŞ bu məsələ ilə bağlı mövqeyini dəyişməyəcək. Bundan əvvəl NBC televiziya şirkəti məlumat vermişdi ki, ABŞ və Rusiya arasında Avropada təhlükəsizlik məsələlərinə dair müzakirələr Şərqi Avropada qüvvələrin sayının və təlimlərin azaldılması mövzusunu əhatə edə…

ABŞ Suriyada neft emalı zavodu tikir

ABŞ Suriyanın şimal-şərqindəki Haseke əyalətində neft emalı zavodu tikir. Bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, zavodun gücü sutkada 3 000 barel olacaq. Qeyd edək ki, Suriyanın şərqində və şimal-şərqində yerləşən Haseke, Deyr əz-Zor və Rakka əyalətləri, demək olar ki, ABŞ tərəfindən idarə olunur. 2015-ci ildən indiyədək ABŞ komandanlığı bu ərazidə…

Rusiya Sovet İttifaqını yenidən qurmaq istəyir

Rusiya geosiyasi baxımdan Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. “Düşünürəm ki, belədir, bu, Rusiya prezidenti Vladimir Putinin məqsədlərindən biridir və bu, əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir”. Qeyd edək ki, ötən ilin dekabrın əvvəlində ABŞ dövlət katibinin siyasi…

Yer kürəsi canlıların kütləvi məhvinin altıncı dalğası ilə üz-üzədir

Yer kürəsi canlıların kütləvi məhvinin altıncı dalğasının astanasındadır. Belə bir xəbərdarlıqla “Daily Mail”ə müsahibəsində ABŞ-ın Stanford Universitetinin professoru Pol Erlix danışıb. “Kütləvi məhv olma sivilizasiyanın üzləşdiyi, bir-biri ilə əlaqəli ekzistensial təhlükələrdən sadəcə biridir, digərləri iqlimin pozulması, qlobal zəhərlənmə və nüvə silahı yarışının yenilənməsidir”, – deyə Erlix bildirib. İqlim dəyişikliyinin səbəb olduğu daşqınlar, quraqlıqlar və meşə…