İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir. Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu. Azərbaycanın Dövlət…

Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır

“İndiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır”. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, həmin xəritələrin dəqiqliyi təxminən 25 faizdir. “Ermənistan tərəfindən təqdim olunan yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da acı faciələrin qarşısını ala bilərik”, – XİN başçısı…

Prezident ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib. Paylaşımda ulu öndərin  sözləri yer alıb: “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”. Qeyd edək ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın…

Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Qəlbimizdə əbədi yaşayan Böyük İnsan!”. Qeyd edək ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il ötür.    

Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 18 il keçir. Ümummilli Liderin xatirəsi Azərbaycanda, o cümlədən xarici ölkələrdə ehtiramla yad edilir. Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi…

Əli Musa: “Media haqqında yeni qanun layihəsi yeni bir başlanğıc və çağdaş media üçün yeni nəfəsdir” – Açıqlama

Hazırda ölkədə yetərincə media subyektləri mövcuddur və fəaliyyət göstərir. Bu günlərdə hazırlanaraq, qəbul edilməsi üçün Milli Məclisə təqdim olunan Media haqqında yeni qanun layihəsi peşəkar mətbuat fəaliyyətinə böyük stimul və yeni-yeni yolların və uğurların açılması üçün təqdirə layiqdir. Bu fikirləri Arazmedia.az-a “REZONANS İNFORMASİYA PORTALI” MMC-nin Baş direktoru Əli Musa bildirib. O bildirib ki, bu günə…

ABŞ və İsrail arasında kritik görüş

ABŞ dövlət katibi Entoni Blinken İsrailin xarici işlər naziri Yair Lapid ilə telefon danışığında ikitərəfli əlaqələr, Fələstin-İsrail nizamlanması və İranla bağlı vəziyyəti müzakirə edib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. “Tərəflər arasında bir sıra mövzular, o cümlədən ABŞ-İsrail arasında ikitərəfli münasibətlərin əhəmiyyəti, Fələstin-İsrail məsələləri və regionda baş verən hadisələr, o cümlədən İranın nüvə silahı…

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

ABŞ Maliyyə Nazirliyi Moskvada yerləşən YUSTO Avropa İnstitutu və onun rektoru Dmitri Soyin də daxil olmaqla, 15 fiziki və on hüquqi şəxsə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb. Onlar Şimali Koreya ilə əlaqələrə görə sanksiyaya məruz qalıblar. Nazirlik İnstitut və onun rəhbərini KXDR-dən olan yüzlərlə inşaat işçisinə tələbə vizalarının verilməsini təşkil etməkdə gühanlandırıb. Qeyd edək ki, “YUSTO…

“Bayden görüş zamanı bildirdi ki…”

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə telefon danışıqlarına dair açıqlama verib. Prezident Zelenski “1+1” kanalına verdiyi açıqlamada bu barədə danışıb. “Rusiyanın müstəqil ölkəmizin torpaqlarına qarşı gərginliyi artırmaqda davam etdirməyəcəyinə dair ABŞ-ı və bütün dünyanı təmin edəcəyi mesajını aldım”, -Ukrayna prezidenti ABŞ prezidenti Co Baydenlə görüşü haqqında danışarkən deyib.