Praqada Heydər Əliyevin 100 illiyi konsertlə qeyd edilib
Praqa şəhərinin mərkəzində yerləşən “Lutserna” sarayında müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Çex-Azərbaycan Birliyi”nin təşkilatçılığı ilə baş tutan konsertdə yerli ictimaiyyətin, Azərbaycan icmasının, ölkəmizə dost icma və təşkilatların nümayəndələri iştirak ediblər. Konsert iştirakçılarını salamlayan…










