Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub

Avstraliya İttifaqında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və fəalları Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıb. Avstraliya İttifaqında yaşayan soydaşlarımız tərəfindən ümumilikdə 5300 AUD (6265 manat), o cümlədən Sidneydən 3535 AUD, Brizbondan 780 AUD, Pert, Melburn və Balarat şəhərlərindən isə ümumilikdə 1000 AUD məbləğində pul vəsaiti toplanaraq Türkiyənin həmin ölkədəki səfirliyinə və…

“Azərbaycan ilə Qana arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var”

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə Qananın verdiyi dəstək və göstərdiyi etimad ölkəmiz tərəfindən yüksək qiymətləndirilir”. Bunu Prezident İlham Əliyev Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edərkən deyib. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitinə ev…

Zəlzələ baş verən gündən 513 nəfər Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunub

Zəlzələ baş vermiş gündən etibarən 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Türkiyə Respublikasındakı…

İsveç NATO ilə əməkdaşlığı dərinləşdirəcək

İsveç ölkənin Şimali Atlantika Alyansına hərbi inteqrasiyası sahəsində dərin siyasət yürütmək niyyətindədir. Bunu ölkənin müdafiə naziri Pol Yonsson deyib. “Düşünürəm ki, imzalanacaq təxminən on beş akt var və biz İsveçin hərbi sahədə NATO-ya getdikcə daha dərin inteqrasiyasını görürük”, – deyə İsveç müdafiə nazirliyinin rəhbəri bildirib. Bundan əvvəl İsveçin baş naziri Ulf Kristersson ölkəsinin hələ də Finlandiya…

Britaniya Aİ ilə münasibətləri bərpa edir

Böyük Britaniyanın baş naziri Rişi Sunak nazirlərdən və rəsmilərdən ölkənin Avropa İttifaqı ilə əlaqələrini bərpa etmək üçün plan hazırlamağı xahiş edib. Məlumata görə, söhbət müdafiə, miqrasiya, ticarət, enerji və beynəlxalq standartlar sahələrində daha sıx əməkdaşlıqdan gedir. Bildirilir ki, Böyük Britaniya tezliklə Aİ ilə Şimali İrlandiya üçün ticarət sazişlərinə dair uzun müddətdir davam edən mübahisə ilə…

NATO rəhbərinin səlahiyyət müddəti uzadılacaq

NATO Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı sabitliyi qorumağa çalışdığı üçün Alyansın baş katibi kimi Yens Stoltenberqin səlahiyyət müddətini uzatmağı planlaşdırır. Diplomatik mənbələrə istinadən yayılan məlumata görə, NATO ölkələri Stoltenberqin səlahiyyət müddətini 2024-cü ilin aprel ayına qədər uzadacaq. Bildirilir ki, 30 NATO ölkəsi arasında məsələ ilə bağlı qeyri-rəsmi razılıq var və yaxın həftələrdə rəsmi qərarın veriləcəyini…

Polşa prezidenti Putinə nə deyəcəyini açıqlayıb

Polşa prezidenti Anjey Duda bildirib ki, əgər rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilsəydi, ona Ukraynadakı münaqişənin Moskva üçün xoşagəlməz nəticələri barədə xəbərdarlıq edərdi. “Vladimir Putinə nə deyərdim? Ona deyərdim ki, gec-tez bu, onun üçün pis bitəcək. Çünki inanıram ki, dünya birləşəcək, dürüstlük və ədalətin tərəfində olacaq. Düzgünlük və ədalət isə Ukrayna tərəfdədir”, – deyə  Duda…

Türkiyədə zəlzələ qurbanlarının sayı 29 605 nəfərə çatıb

Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 29 605 nəfərə çatıb. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa,…